Fransa mətbuatında Azərbaycanla bağlı məqalələr dərc olunub
Tarix: 08.01.2014 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Son zamanlar Fransada Azərbaycana qarşı maraq artıb. Bunu ölkə mətbuatında dərc olunan məqalələr sübut edir. Fransanın nüfuzlu “Ortodoxie” internet qəzetindəki “Azərbaycan Prezidenti Milad bayramı münasibətilə pravoslav xristian icmasını təbrik etmişdir” sərlövhəli məqalədə tolerantlıq və dünyəvilik məkanı olan Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin dininə, dilinə və mədəniyyətinə hörmətlə yanaşıldığı diqqətə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə ölkədəki pravoslav xristian icmasına ünvanladığı təbrikdə yer alan “Azərbaycanda bir çox xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluğunu, dil və mədəniyyətini qoruyub saxlayırlar” fikri xüsusi vurğulanıb. Məqalədə qeyd edilib ki, sivilizasiyalararası və dinlərarası dialoqun hökm sürdüyü ölkə yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanır, demokratik dəyərləri inkişaf etdirir, azlıq təşkil edən etnik qrupların birgəyaşayış normaları dövlət tərəfindən lazımi səviyyədə müdafiə olunur. Azərbaycanda hər il Milad bayramının yüksək səviyyədə qeyd edildiyi xatırlanan məqalədə Prezident İlham Əliyevin təbrik məktubunda səsləndirdiyi “pravoslav xristian icması millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, inkişaf və quruculuq prosesində yaxından iştirak edirlər” fikri oxucuların diqqətə çatdırılır.
“Riposte Laique” internet qəzetində isə dekabrın 14-də Fransa Milli Assambleyasında “Fransa-Azərbaycan dünyəvi səyahətlər: müstəsna, yoxsa universal nümunələr?” mövzusunda keçirilən kollokviumdan bəhs edən yazı verilib. Məqalənin müəllifi Eve Sovajer əhalisinin 95 faizini müsəlmanlar təşkil edən Azərbaycanın dünyəvi bir dövlət kimi tanındığını, ölkəmizdə dünyəviliyin tarixi proses kimi dəyərləndirildiyini, Azərbaycan modelinin digər ölkələr üçün əsl nümunə olduğunu, bütün dinlərə hörmət və ehtiram bəsləndiyini, Bakının mərkəzində sinaqoqun fəaliyyət göstərdiyini vurğulayıb. Məqalədə müxtəlif təşkilatların təmsilçilərinin çıxışlarında son zamanlar Fransa kimi bir ölkədə antisemitizm, rasizm və islamofobiya hallarının gücləndiyi halda, Azərbaycanda dünyəviliyin və dözümlülüyün daha qabarıq nəzərə çarpmasına, müxtəlif etnik qrupların əsrlər boyu dostluq şəraitində yaşamalarına dair səsləndirdikləri fikirlər yer alıb.
“Adiam94.orq” saytındakı “Xanəndə Güllü Muradova” adlı məqalədə isə Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti barədə ətraflı məlumat verilir, xanəndənin yüksək peşəkarlıqla ifa etdiyi muğamın Orta Asiya və bəzi müsəlman ölkələrdə yayılmasına baxmayaraq, onun əsl vətəninin Azərbaycan olduğu diqqətə çatdırılır, tar və kamança ilə müşayiət olunduğu bildirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək
19.10.2019
Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır
19.10.2019
“Maşın“ı türkiyəli apardı
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info