Küçə uşaqları bank qurdular
Tarix: 08.01.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Hindistanda maraqlı bir olay yaşanıb. Paytaxt Dehlidə bir neçə küçə uşağı kollektiv şəkildə birləşərək özlərinin banklarını qurublar. “Radikal.com”un verdiyi məlumata görə, paytaxtın Fatehpuri adlanan ərazisində yaşayan bu uşaqlar tərəfindən qurulan və idarə edilən bankın rəhbəri də uşaqdır. Onun 13 yaşı var və adı Sonudur. Sonunun müdiri olduğu “Uşaq İnkişaf Bankı” “Butterflies” (Kəpənəklər) adlı uşaq hüquqularının müdafiəsi təşkilatının verdiyi dəstəklə qurulub. 9-18 yaş arası uşaqların üzv olduğu bu banka 1 pound məbləğində olan az miqdarda pul qoya bilərlər. Onların bu bankdan ala biləcəkləri məbləğ isə yüzdə 3.5 faiz hesablanır.
Sonu necə müdir olmasını və bankın məqsədlərini belə izah edib: “Evdən qaçmışdım və küçələrdə çay satırdım. Bir dəfə bir neçə uşaqla rastlaşdım və mənə bu bank barədə söhbət açdılar. Beləcə plan qurduq və işlərə başladıq. İndi həm məktəbə gedirəm həm də bank müdiriyəm. Küçədə yaşayan uşaqlar banka qoyduqları pulları yemək və ya geyim əşyaları almaq istədikdə hər zaman çıxara bilərlər. Bankımız həftənin 7 günü açıq olur.” Küçə uşaqlarına təhsil, sığınacaq, və digər problemlərdə yardım edən “Butterflies” təşkilatının proqram kordinatoru Şaşidhar Sabnavis isə məlum hadisəni belə izah edib: “Küçə uşaqları tez-tez bizə baş vurub yığdıqları pulları küçədə yatarkən itirmələrindən və ya oğurlanmalarından şikayət edirdilər. Bu bank ideyasını ortaya atıb bizdən yardım istəyən uşaqlara məmuniyyətlə dəstək verdik. Bundan sonra onlar daha az əziyyət çəkmiş olacaqlar”.
Qatarlarda su satan 14 yaşındakı Şeru adlı hindistanlı uşaq bankın ən aktiv müştərilərindəndir. O deyib: “Qazandığım bütün pulları hesabıma yatırıram. Belə daha sərfəlidir. Böyüyəndə fotoqrafçı olmaq istəyirəm. Bir gün özümə bahalı keyfiyyətli fotoaparatlar alıb bu işə başlayacam”
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info