“New York Times”: “Sosial ödəmə” adı ilə 400 milyon dollar mənimsənilib”
Tarix: 08.01.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


ABŞ-da sosial ödəmə fırıldaqçılarının şəbəkəsi ifşa edildi

Nyur-York polisi qeyri-qanuni yolla on illərlə sosial ödəmələr alan 80 nəfəri saxlayıb. Bütün saxlanılanlar hüquq-mühafizə orqanlarının əməkdaşları və ya da yanğınsöndürənlərdən ibarətdir. Onların çoxu 2001-ci ilin terrakt hadisəsinin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bu barədə “New York Times” qəzeti xəbər verir. Amerikan prokuraturasının verdiyi məlumata görə, Nyu-Yorkda 26 ildən artıq bir müddətdə bu sahədə fırıldaqçılar fəaliyyət göstərib. Onlar təhlükəsizlik sahəsində işləyən insanlara psixi çatışmazlığı olan xəstələr kimi davranmağı və psixi xəstələri yamsılamağı öyrədiblər. Nəticədə isə bu yamsılayanlar 400 milyon dollarlıq sosial ödəmə vəsaitini qamarlayıblar.
“Psixi xəstələr” həkim yanına gedərək xidmət zamanı şəxsiyyətlərinin pozulmasından, iflasa uğramasından şikayətləniblər. Psixoloqlar tərəfindən öyrədilən “xəstələr” həkimləri öz “xəstəliklərinə” inandıra biliblər. Həkimlər də nəticədə, onlara ildə 30 min dollardan 50 min dollaradək sosial ödəmə almaq hüququ təyin ediblər. Fırıldaqçıları xüsusi təşkil edilmiş əməliyyat nəticəsində saxlamaq mümkün olub. Qeyd edildiyi kimi, məhkəmə tərəfindən bu sahədə dövlətə dəymiş zərər 400 milyon dollar həcmində dəyərləndirilib. Prokuratura bu fırıldaqda iştirak etmiş insanların ümumi sayının 106 nəfər olduğunu hesab edir.

İlkin





 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info