Azərbaycan Türkiyənin “Petrol Ofisi“ni almaq istəyir
Tarix: 08.01.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


ARDNŞ Avstriyanın OMV şirkətinin Türkiyədəki biznesinin 97%-nə sahib olan «Petrol Ofisi» şirkətini almaq fikrindədir.
Məlumata görə, OMV Türkiyədə biznesinin əsas hissəsini sataraq bu ölkədəki bazardan çıxmaq qərarına gəlib. Bununla bağlı artıq şirkət iki güclü müştəri ilə danışıqlar aparır. Bunlardan birinin Türkiyədə «Petkim» və TANAP kimi layihələrə böyük məbləğdə yatırımlar edən ARDNŞ olduğu bildirilir. «Petrol Ofisi»ni almaq niyyətində olan ikinci şirkət isə «Shell» (İngiltərə-Hollandiya) şirkətidir.
Məlumatda deyilir ki, Türkiyədə yanacaqdoldurma məntəqələri açmaq niyyətində olan ARDNŞ də geniş yanacaqdoldurma şəbəkəsinə malik olan şirkətin satın alınmasında maraqlıdır. OMV «Petrol Ofisi»ni tam olaraq ARDNŞ-ə sata bilsə Türkiyə bazarından çıxacaq. Lakin bu sövdələşmənin gözlənilən dəyəri hələ açıqlanmır. Danışıqlar baş tutmasa, şirkət səhmlərinin bir hissəsini «Shell»ə sataraq, daha bir müddət Türkiyə bazarında qalmalı olacaq.
Xatırladaq ki, Avstriyanın enerji nəhəngi «Petrol Ofisi» şirkətinin 54,17%-lik səhmini «Doğan Grubu»ndan 1 mlrd. avroya satın alaraq 2010-cu ildə Türkiyə bazarına çıxıb. Sonradan şirkət bu payını 97%-ə çatdırıb. Bu gün OMV şirkəti Türkiyədə 61 şirkət və 12 526 ədəd yanacaqdoldurma məntəqəsi ilə fəaliyyət göstərir. Şirkət ötən il Türkiyədə benzin satışında 21,7%, mazut satışında 25,6% paya malik olub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info