“Gədəbəy” mədənində qızıl ehtiyatları çoxdur
Tarix: 08.01.2014 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


"Anglo-Asian Mining plc" şirkəti (Azərbaycanda qızıl istehsalçısı) "Gədəbəy" qızıl mədəni üzrə qazma proqramının ilkin nəticələrini açıqlayıb. Nəticələr qızılın yüksək konsentrasiya zonasının real ölçüsünü aşkar edib. Onun uzunluğu güman edilən 400 metri ötüb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Ümumi həcmi üç min metr olan qazma işləri hələ də davam edir. Bundan başqa, əlavə sahənin daha konkret cizgilərini əldə etmək üçün xüsusi geofiziki proqram reallaşdırılacaq. Onun həyata keçirməsi 2014-cü ilin ikinci rübünə nəzərdə tutulub. Bu addım həmçinin yatağın sərhədlərinin şərqə doğru 1,5 kilometr genişlənilməsinin imkanlarının üzə çıxardılmasının hədəf olacağı sonrakı qazma planlarını optimallaşdırmağa kömək edəcək.
Şirkətin baş direktoru Rza Vəzirinin sözlərinə görə, yeni qızıl sahələrinin aşkar edilməsi "Gədəbəy" yatağının qızıl mədənlərinin böyük sisteminin bir hissəsi olması haqqında nəzəriyyəni təsdiq edir: "Yeni kəşfin ümumi ölçüsü hələlik məlum deyil. 2014-cü ildə planlaşdırılmış yatağın işlənməsi proqramı əlavə resursların həcmini aşkar edəcək, "Gədəbəy" yatağının ömrünün uzadılmasını mümkün edəcək".




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info