“Bakı”nın 4 futbolçusu “Lans”da
Tarix: 08.01.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Bakı” Futbol Akademiyasının yetirmələri Fransanın “Lans” klubuna transfer olunub. Bunlar Valeh Seyidov, Elvin Süleymanov, Mahir Mədətov və Nicat Əsgərovdur. Seyidov və Süleymanov bu gün səfərə
çıxacaqlar.

Mədətov hazırda 1996-97-ci il təvəllüdü futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edir. O, turnirin ardından birbaşa Lansa uçacaq. Əsgərovu isə əvvəlcə “Bakı”nın əsas komandasının baş məşqçisi Milinko Pantiç İspaniyanın Marbelya şəhərində keçirəcəkləri təlim-məşq toplantısında sınamaq niyyətindədir. Daha öncə “Bakı” rəhbərliyi əsas komandasının üzvlərindən Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və Cavid Hüseynovu Fransa klubuna göndərmək istəyib. Lakin sonradan paytaxt klubu akademiyasının yetirmələrinin “Lans”da oynamaları daha münasib sayılıb. Bu da səbəbsiz deyil. FİFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, hər hansı futbolçu 23 yaşınadək başqa komandaya keçərsə, transfer haqqından onu yetişdirən kluba da müəyyən vəsait ödənilməlidir. “Bakı” rəhbərliyi öz akademiyasından yetişən 4 futbolçunun “Lans”a keçidinə şərait yaratmaqla, onların gələcəkdə daha iddialı komandalara transfer olunacaqlarına ümid edir. “Bakı” Futbol Akademiyasının yetirmələri Fransa klubu ilə müqavilə bağladıqdan sonra mövsümün ikinci yarısında “Lans”ın heyətində meydana çıxa biləcəklər.
Digər tərəfdən, yanvarın 10-da “Bakı”nın 19 yaşadək futbolçulardan ibarət komandası da Fransaya yola düşəcək. Bu komanda yerli “Lans” və PSJ, eləcə də İspaniyanın “Valensiya” klubundakı həmyaşıdları ilə birgə beynəlxalq turnirdə iştirak edəcək. Fransa klubuna yollanacaq futbolçuların hamısı “Bakı”nın əvəzedici heyətində çıxış edir. 19 yaşlı Nicat Əsgərov müdafiəçi, 17 yaşlı Mahir Mədətov və 18 yaşlı Ülvi Süleymanov yarımmüdafiəçidir. Hücumçu mövqeyində çıxış edən Valeh Seyidovun da 18 yaşı var.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info