Olimpiadada Azərbaycan yığmasının bayraqdarı kim olacaq?
Tarix: 08.01.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


“Ehtimal var ki, bayraqdar idmançı yox, nümayəndə heyətimizin üzvlərindən seçilsin”
2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarının kim olacağı məsələsinə hələ aydınlıq gəlməyib. Nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayevanın verdiyi məlumata görə, həmin şəxsin adı yanvarın 20-dən sonra açıqlanacaq.
Fevralın 7-də start götürəcək Olimpiadada ölkəmizi 5 idmançı təmsil edəcək. Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir. Nurullayevanın sözlərinə görə, təmsilçilərimizin heç biri yerli idmançı olmadığından, bayraqdarın nümayəndə heyəti üzvlərindən seçiləcəyi də istisna deyil: “Ehtimal var ki, bayraqdar idmançı yox, nümayəndə heyətimizin üzvlərindən seçilsin. Artıq 2010-cu il Vankuver Olimpiadasında bu variantdan istifadə olunub. Həmin vaxt açılış mərasimində idmançılarımız önündə tamaşaçılar qarşısına bayraqla Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev çıxıb. Mümkündür ki, Quliyev yenə eyni funksiyanı yerinə yetirsin. Hər halda, bu məsələ yanvarın 20-dən sonra müzakirə olunacaq və müvafiq qərar veriləcək”. Nümayəndə heyətinin rəhbəri Soçi Olimpiadasında idmançılarımızın şanslarını da dəyərləndirib: “Budəfəki heyətimiz daha güclüdür. Düzdür, medal şansımız azdır, amma təmsilçilərimizdən kimlərinsə ilk “10-luğ”a düşəcəklərinə ümid edirik. Bu, xüsusən, Aleksey Sitnikov - Yuliya Zlobina duetinə aiddir”. Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub
20.10.2019
Anna Başta “Satellite” turnirində qızıl medal qazandı
20.10.2019
Messi karyerasını hansı klubda bitirəcəyini açıqladı
20.10.2019
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20.10.2019
Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info