“Lragir”: “Erməniləri Avropadan qovacaqlar”
Tarix: 08.01.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Naira Ayrumyan: “Xarici ölkələrə işləmək üçün gedən vətəndaşlarımızın evlərinə göndərdiyi vəsait az qala Ermənistan büdcəsinin yarısını təşkil edir”

“Serj Sərkisyan xalqa Yeni il təbrikində bildirdi ki, ölkənin bütün şəhər və kəndləri abadlaşdırılacaq, Ermənistanın hər kvadrat metri çiçəklənəcək və yad ellərdə yaşayan doğmalar evə qayıdacaq. Serj Sərkisyanın təbrik nitqinin bir hissəsi ölkənin ən ağrılı problemi olan miqrasiyaya həsr olunmuşdu. Amma Sərkisyan təbrikində bir dəfə də olsun ölkədən miqrasiya edən vətəndaşların geri qayıtması və “abadlaşmanı birgə həyata keçirmələri” üçün çağırış etmədi”.
Bu fikirləri “Lragir”ə erməni ekspert Naira Ayrumyan bildirib. O, qeyd edib ki, miqrasiya problemi Ermənistana rəhbərlik edən istənilən şəxsin daxili və xarici siyasətində mərkəzi yer tutur: “Ölkədə real iqtisadiyyatın kəskin azalması, əvəzində idxalın artması fonunda Ermənistan iqtisadiyyatına əmək yox, istehlak vəsaitləri lazımdır. Buna görə də bizdə əmək ixrac olunur, pul idxal olunur. Miqrasiyanın azalmaması, əksinə daha da artması üçün müvafiq xarici siyasət kursu həyata keçirmək lazımdır. Bu baxımdan yanaşanda Ermənistan rəhbərliyi demək olar ki, ideal siyasət həyata keçirir. Serj Sərkisyanın Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı qərarı Rusiyada çalışan erməni miqrantlar üçün əla təminatdır. Yeni il bayramı ilə əlaqədar Ermənistana doğmalarını görməyə gələn miqrantlar bildirirlər ki, Sərkisyanın qərarından sonra Rusiyada yoxlama vaxtı onlara toxunmurlar, ancaq tacik və özbəkləri saxlayırlar. Ölkədən gedənlər işləmək üçün onlara “güzəştli şərtlərlə” “şərait” yaratdıqları üçün Ermənistan rəhbərliyinin və Putinin siyasətindən “razıdırlar”. Amma bir məsələ var ki, Ermənistan vətəndaşlarının heç də hamısı Rusiyaya miqrasiya etmək istəmir. Onlar üçün də yanvarın 1-dən Avropa İttifaqı ölkələrinə getmək asanlaşıb. Avropa İttifaqı ilə imzalanan viza müqaviləsinə uyğun olaraq Ermənistan vətəndaşlarının hamısı olmasa da bir qismi Avropa ölkələrinə rahat gedə biləcəklər. Avropada qeyri-leqal yaşayan erməniləri isə oradan qovacaqlar. Bunun əvəzində Avropaya üz tutan çoxlu “leqal miqrantlarımız” olacaq. İntellektual səviyyəsi yüksək olan, qanunlara riayət edən vətəndaşlarımız rahat şəkildə Avropaya miqrasiya etmək imkanı qazanıblar. Yarıboşalmış Ermənistan indiki erməni rəhbərliyi üçün ideal variantdır. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi ölkənin əsas problemlərini elə miqrasiyanın yardımı ilə həll edir. Xarici ölkələrə işləmək üçün gedən vətəndaşlarımızın evlərinə göndərdiyi vəsait az qala Ermənistan büdcəsinin yarısını təşkil edir. Miqrantların ailələri dövlətdən heç bir yardım gözləmədiklərindən hakimiyyət bir çox sosial öhdəliklərdən canını qurtarmış olur. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ölkəni əməkqabiliyyətli, intellektual səviyyəsi yüksək, alternativ siyasi platforma yaratmalı olan vətəndaşlarımız tərk edir. Miqrasiyanı stimullaşdıran Ermənistan hakimiyyəti indi bəzi problemlərlə qarşılaşır. Bir çox vətəndaşlarımız ölkədən qaçmaq əvəzinə, qalıb mübarizə aparmağa üstünlük verir. Digər tərəfdən vətəndaşlarımız anlayırlar ki, Rusiyanın təhlükəsizlik «təminatı» müvəqqəti xarakter daşıyır və Ermənistan öz suverenliyini bərpa etməyə cəhd etməyə başladığı anda yoxa çıxacaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info