Mursinin məhkəməsi təxirə salınıb
Tarix: 08.01.2014 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəməsi təxirə salınıb. Ölkənin rəsmi KİV-lərinin yaydığı məlumata görə, məhkəmə iclasının keçirilməsinə hava şəraiti mane olub. Belə ki, Məhəmməd Mursinin İskəndəriyyə həbsxanasından məhkəmə iclasının keçirildiyi Qahirə polis akademiyasının binasına helikopterlə gətirilməsi nəzərdə tutulmuşdu. Buna isə uçuş üçün əlverişli olmayan hava şəraiti imkan verməyib.
Misirin sabiq prezidenti 2012-ci ildə dinc nümayişçilərə atəş açmaq əmri verməkdə ittiham olunur. Rəsmi məlumatlara əsasən, həmin vaxt 20 nəfərdən çox nümayişçi həlak olub. Həmçinin Mursi terror hadisələri törətmək məqsədi ilə Fələstinin “HƏMAS” və Livanın “Hizbullah” qruplaşmaları ilə sövdələşməkdə təqsirləndirilir.
“İTAR-TASS” agentliyinin verdiyi xəbərə görə, hazırda devrilmiş prezidentə qarşı xarici dövlətlərə casusluq etmək, dövlətə xəyanət və dövlət sirlərini yaymaq ittihamları ilə üçüncü məhkəmə prosesi açılmasına hazırlıq görülür.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib
15.09.2019
“S-400“ün ikinci batareya materiallarının da təslimi tamamlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info