“Alimlərin çoxu elmi jurnalları “zibil” sayır, onları boykot edirlər”
Tarix: 10.01.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Bu cür nəşrlərin redaktorları alimlər yox, sadəcə ekspertlər olurlar ki, onlar da sensasiyalı açıqlamalara üstünlük verirlər. Bu cür redaktorlar məhdud sayda çanta kolleksiyası buraxan dəbli dizaynerlərə üstünlük verirlər”

“Bu cür nəşrlərin tiraniyasına son qoymaq lazımdır”

Almaniyanın “Der Spiegel“ qəzeti yazır ki, dünyanın aparıcı alimləri “araşdırma zibil”in həcminin böyüklüyündən şikayətlənirlər. Qəzet bu barədə belə yazır: “Demək olarmı ki, elm inqilabın astanasında dayanır? Bir çox tanınmış alimlər, o cümlədən, Nobel mükafatı laureatları son zamanlar tədqiqat fəaliyyətinə sərf edilən vəsaitlərin qeyri-rasional xərclənməsinə yol verən elmi jurnalları ciddi tənqid edirlər. Həmin alimlər indi deyirlər ki, bu pullarla nə etmək lazım olduğunu bilirlər.
Bir çox alimlər bu baxımdan “The Lancet” jurnalını kəskin tənqid ediblər. Belə ki, adıçəkilən jurnal özünün əvvəlki xüsusi buraxılışında fərziyyə irəli sürüb ki, bizim zamanda tədqiqat sahəsində çoxlu vacib olmayan şeylər baş verir. Jurnal müəlliflərinin fikrincə, çoxlu tədqiqat müəssisələrinin stimullaşdırma sistemi çox vaxt mənasızdır. Çünki hədsiz xərclərə və maliyyə sərfinə səbəb olur və müştərilərin onlardan yararlanmasına da gətirib çıxarmır, yəni səmərəsiz olur.
Aralarında Nobel mükafatı laureatı olan bir çox alimlərdə belə bir fikir var ki, müasir elmdə nəsə çatışmır. Sabina Klyaynert və Riçard Xorton adlı alimlər silsilə analitik məqalələrlə elmi araşdırmaların keyfiyyətini yüksəltmək və bu zaman maliyyə sərfini də azaltmağın yollarını arayıblar, bu barədə müzakirələr açıblar”.

Araşdırmalarla birgə sensasiyalar

Qəzet daha sonra yazır: “Bizim dövrümüzdə Nobel mükafatları elmi ictimaiyyəti tənqid etməkdə mövqe qazanmağa da xidmət edir: 2013-cü ildə tibbdə Ceyms Rotman və Tomas Züdhofla birgə Nobel mükafatı almış Rendi Şekman az öncə öz özəl mükafatından yararlanıb və amansız hücumu özünə rəva bilib. O, “The Guardian” qəzetinə açıqlama verib ki, parlaq nəşrlər tərəfindən edilən tiraniya ilə məsələni bitirmək lazımdır. Onun bu hücumu “Science”, “Nature” və “Cell” kimi jurnallara tuşlanıb. Bu nəşrlər tərəfindən edilən təzyiq ona gətirir ki, tədqiqatlarla məşğul olmaqdan daha çox, onlar haqqında danışırlar.
“Bu cür nəşrlərin redaktorları alimlər yox, sadəcə ekspertlər olurlar ki, onlar da sensasiyalı açıqlamalara üstünlük verirlər. Bu cür redaktorlar məhdud sayda çanta kolleksiyası buraxan dəbli dizaynerlərə üstünlük verirlər”. Şekman bu barədə bildirib. Onun sözlərinə görə, o və bir neçə dostu bu jurnallarda daha nəşr edilməyəcəklər. O, digər araşdırmaçı alimləri də həmin jurnalları boykot etməyə çağırıb.
Nobel mükafatçısı olan bioloq “zərbə faktoru” («Impact Factor») sistemini də kəskin tənqid edib. Məhz bu sistem sayəsində hər hansı bir elmi jurnalın keyfiyyəti qiymətləndirilir və bu zaman həmin jurnalların keyfiyyəti bu sistemin açıqlamasından sitat gətirilməklə qiymətə minmiş olur”.

Sistem yanlışlığı
Qəzet mövzuya belə davam edir: “Fizika üzrə 2013-cü ildə Nobel mükafatına layiq görülmüş Piter Xiqts bəyan edib ki, ona özünün Edinburq Universiteti qarşısında ayıbdır ki, öz elmi karyerasına görə az elmi iş nəşr etdirib. Bugünkü şəraitdə, hər şeydən əvvəl ona elmi vəzifəyə nail olmaq nəsib olmazdı: “Məni yəqin ki, buna görə kifayət qədər məhsuldar saymazdılar”.
Bu mövzu 2009-cu ildə “Lancet” jurnalında qaldırılıb. Bu vaxt tədqiqatçılar İan Çalmers və Pol Qlaşiou “Elmi fəaliyyətdən yayındıran zibil” adlı məqalədə belə bir nəticəyə gəliblər ki, tədqiqatlara yatırılan bütün investisiyaların 85 faizi boş yerə xərclənir. Bu isə inanılmaz dərəcədə böyük məbləğdir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info