Tahir Sadıqov: “Gəncləri kitabxanalara cəlb etməliyik”
Tarix: 10.01.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində müsahibimiz C.Cabbarlı adına Respublika Gənclər kitabxanasının direktoru Tahir Sadıqovdur:

-Azərbaycan xalqı həmişə özünün yüksək kitab mədəniyyəti ilə sayılıb-seçilib və çox zəngin kitabxanaları ilə tanınıb. Bu kitabxanalarda qorunub saxlanılan istər əlyazmalar, istərsə də müxtəlif elm sahələrinə aid ədəbiyyatlar xalqın maariflənməsinə xidmət göstərib, geniş oxucu kütlələrinə elmi yardımçı olub. “Kitabxana işi haqında” Azərbaycan Respublikasının Qanununda deyildiyi kimi, kitabxana-elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Ulu öndərimiz Heydər Əliyev öz çıxışında bildirib ki, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Ölkə başçısı İlham Əliyev kitabxanalarımızın Azərbaycan xalqının milli sərvəti olduğunu, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynadığını bildirib. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib və zəngin kitabxanaları ilə tanınıb. XX əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan hadisələri baş verib və respublikanın ən böyük kitab xəzinələri yaradılıb, bütün bölgələri əhatə edən geniş kitabxanalar şəbəkəsi qurulub və mərkəzləşdirilib, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilib və Kitab palatası təşkil edilib. Son illər ölkədə kitabxana işinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Ölkə başçısı tərəfindən kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyətini və Azərbaycanın informasiya cəmiyyətinə doğru əhatəli inkişaf perspektivlərini nəzərə alaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi və eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə imzalanan “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam da bunun bariz nümunələrindəndir.
- Ötən il kitabxanada reallaşdırılan tədbirlərdən biri AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin təqdimatı olub. AZLİBNET-in kitabxana sahəsinin inkişafında hansı rolu ola bilər?
- Hər il olduğu kimi başa çatan 2013-cü il kitabxanamızla bağlı bir sıra tədbirlərlə yadda qaldı. Belə tədbirlərdən biri kimi kitabxanamızda respublikada ilk Toplu kataloqun və AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (libnet.az) təqdimat mərasimi keçirildi. Tədbirdə də ölkəmizdə kitabxana sahəsinin inkişafı istiqamətində görülən işlərdən danışaraq kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində AZLİBNET-in xüsusi xidmətləri olacağını bildirdim. Milli Kitabxana -İnformasiya Mərkəzinin məqsədi Azərbaycan kitabxanalarının birgə milli kataloqlaşdırma sistemini yaratmaqdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu layihənin məqsədi kitabxanalarda elektron informasiya resurslarının yaradılması, istifadəçilərə təqdim edilməsi, eləcə də qlobal informasiya şəbəkələrində kitabxanaların korporativ işinin təşkilidir. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirinin birinci müavini V.Əliyev, kitabxana sektorunun müdiri L.Məmmədova, millət vəkili F.Quliyev, Prezident Kitabxanasının direktoru M.Əhmədov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi A.Xələfov, bir çox ziyalılar, elm və mədəniyyət xadimləri, şəhər, rayon kitabxanalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
- Kitabxanada reallaşan tədbirlər sırasında tariximizdə önəmli yet tutan günlərlə bağlı tədbirlər təşkil olunubmu?
- Təbii ki, Azərbaycan tarixində heç zaman unudulmayacaq günlər var ki, onlarla bağlı hər zaman tədbirlər həyata keçiririk. Həmin tədbirlərimizdə gənc nəslin nümayəndələrinin iştirakına çalışırıq.. Ümumiyyətlə, gəncləri kitabxanalara cəlb etməliyik. Hər il olduğu kimi ötən ildə kitabxanada 25 fevralda Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda ədəbi-bədii gecə keçirildi. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalının yerləşdiyi təbii şəraitdən, coğrafi mühitdən, törənən qətliama qədər zəhmətsevər Azərbaycan xalqının yaradıcı əməyi nəticəsində çiçəklənən müasir bir şəhərə çevrilməsindən söhbət açdıq. Erməni faşizminin mənfur xislətini təmamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktını Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla bəşəriyyətə qarşı və insanlıq əleyhinə törədilmiş qəddar cinayət kimi qiymətləndirdik. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalından, bu faciənin nəticəsi kimi 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər Xocalı sakininin qətlə yetirilməsini ürəkağrıdıcı faktdır. Tədbirdə milli qəhrəman E.Xəlilovun bacısı Z.Əbiyeva, şair-publisist Q.İlqar, Sabunçu rayonundakı 252 saylı məktəb-liseyin müəllimləri Q.Həbibova, G.Əsgərova, R.Əmirəhmədov və yuxarı sinif şagirdləri iştirak etdilər. 1992-ci il 26 fevral - Xocalı genosidi və Azərbaycanın milli qəhrəmanı Ç.Mustafayevin Xocalı qətliamından sonra çəkdiyi videoçarxlar nümayiş etdirildi. Ədəbi-bədii gecə “Xocalı soyqırımı - Əsrin faciəsi” adlı kitab sərgisinə baxışla sona çatdı.
Eləcə də, 30 martda 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə elmi-praktik konfrans keçirildi. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin 27 mart 1998- ci ildə imzaladığı “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların soyqırımı günü elan olunub. Qeyd edildi ki, azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. ”Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan qəzalarında soyqırımı davam etdiriblər. Rəsmi mənbələrə görə soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Elmi praktik konfransda Yasamal rayon Ağsaqqallar Şurasının sədr müavini R.Cavadov, Avrasiya Universitetinin, Azərbaycan Dillər Universitetinin, İqtisad Universitetinin, Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak etdilər.
R.Cavadov çıxışında 1918-ci ilin mart hadisələri zamanı ermənilərin bütün Azərbaycanı işğal etməyə cəhd göstərmələrindən, bu qırğının bolşeviklərlə daşnakların birgə həyata keçirdikləri plan olmasından danışdı. Qeyd etdi ki, bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Tədbir boyu 31 mart Azərbaycanlıların Soyqırımını əks etdirən slaydlar nümayiş etdirildi. Elmi praktik konfransın sonunda “Milli soyqırımı, milli faciə” adlı kitab sərgisinə baxış keçirildi.
-Artıq başa çatan 2013-cü il kitabxananın tarixində hansı önəmli tədbirlərə yadda qaldı?
- Kitabxanamızda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə “Azərbaycan sənin, sən Azərbaycanınsan” adı altında anım günü keçirildi. Dünyada tarixi şəxsiyyət kimi qəbul edilən siyasi xadimlərin sayı çox deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, onun layiqli övladı Heydər Əliyev belə uca zirvəni hələ sağlığında ikən fəth edib. Dərin zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində layiqli nüfuz qazanan bu ad beynəlxalq birlikdə sayılıb-seçilən, dərin ehtiram bəslənilən siyasətçilərin sırasında çəkilir. O, özündən sonra zəngin irs qoyaraq müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu kimi xalqımızın qəlbində öz işıqlı ideyaları ilə əbədi kök salıb. 90 illiyini qeyd etdiyimiz ulu öndərimiz xalqımızın firavan gələcəyinin əsasını qoyub. Biz çox xoşbəxtik ki, bu liderlik indi etibarlı əllərdədir. Anım günündə “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti”nin sədri T.Əlizadə, “Xocalını tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu, “Ədəbiyyat” qəzetinin şöbə müdiri, şairə S.Baxışlı, Xətai rayonundakı 191 saylı və Yasamal rayonundakı 175 saylı orta məktəblərin şagirdləri iştirak etdilər. Bundan başqa “Azadlığın sədası,- milli qurtuluş” adı altında 15 iyun Milli Qurtuluş günü münasibəti ilə dəyirmi masa keçirilib.
- Kitabxananın beynəlxalq əlaqələri hansı səviyyədədir?
- Ötən il Ukraynanın Krım vilayətinin Sudak şəhərində keçirilən “Kitabxanalar və informasiya resursları müasir aləmdə, elm, mədəniyyət, təhsil və biznes - 20-ci Beynəlxalq Konfrans”ı keçirildi. Həmin konfransda dünyanın 45 ölkəsindən 2000 nəfərə yaxın nümayəndə iştirak edirdi. Həmin konfransda mən iştirak etdim və bir sıra kitabxanalarla əməkdaşlıq etmək mövzusunda fikir mübadiləsi apardıq. Onu da qeyd edim ki, mənim Krım konfranslarında yaxşı iştirakıma və çıxışlarıma görə Krım-tatar Respublikasının İ. Qaspirinski adına kitabxanasının “Türkdilli xalqların və regionların kitabxanaları: qarşılıqlı münasibətlərin və əməkdaşlığın prioritetləri” Tərifnaməsi ilə təltif olundum. Mən də həmin kitabxanaya müəllif Eldar Əliyevin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Sönməz günəş” adlı beş cildlik kitabı hədiyyə etdim.
Bundan başqa Soçi-Adlerdə “Effektiv kitabxana: funksiyaların və inkişaf modellərin müxtəlifliyi. Gənc oxucu ilə birgə dəyişirik” mövzusunda XIII Beynəlxalq Konfrans keçirildi. Bu konfransda “Beynəlxalq veb-sessiya “Kitabxana-informasiya xidmətlərinin müasir modelləri”, “Kitabxanalar, nəşriyyatlar, kitab satışı və KİV : mütaliənin inkişafı sahəsində effektiv modellərin qarşılıqlı əlaqələrin formalaşması” və s. mövzularda dəyirmi masa, seminar və sərgilər təşkil olunmuşdu. Bu tədbirlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Stavrapol vilayətinin Gənclər Kitabxanası, Krasnodar vilayətinin Gənclər Kitabxanası və Adıgey Respublika Gənclər Kitabxanası ilə gələcəkdə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Gələcəkdə də bu istiqamətdə tədbirlərimiz davam edəcək.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
22.06.2018
: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
21.06.2018
“Həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur”
20.06.2018
Hikmət Hacıyev: “Ermənistan işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır”
14.06.2018
“Ermənistanın BMT yanında nümayəndəliyi saxtakarlıq yolunu seçib”
13.06.2018
Həmsədrlər Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nə vəd veriblər?

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9447

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info