Yaponiyada “xoşbəxt bazar ertəsi” qeyd olunur
Tarix: 13.01.2014 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Yanvarın 13-də Yaponiyada Seycin-no Hi - Həddi-Buluğa Çatanlar Günü qeyd olunur.
Bu gündoğar ölkədə gənclər 20 yaşına çatdıqdan sonra həddi-buluğa çatmış hesab edilirlər və bu bayram hər il yanvarın ikinci bazar ertəsi günü qeyd olunur.
Həddi-Buluğa Çatanlar Günündə cari ildə 20 yaşı tamam olmuş gənclər bu məqsədlə təşkil olunmuş mərasimlərə qatılır, təbrikləri qəbul edirlər. Qızlar həmin gün əlvanlığı ilə seçilən uzunqollu xüsusi kimono – furisoda geyinirlər. Oğlanlar isə, əsasən, qara kostyuma üstünlük verirlər. Onların arasında kişilər üçün kimono geyənlərə də rast gəlmək olur.
Bu yaşa çatmış gənc oğlan və qızlar artıq böyüklərin hüquq və vəzifələrinə yiyələnirlər: məhz bu yaşdan sonra onlar seçkilərdə iştirak edir, qanun qarşısında tam məsuliyyət daşıyır və əmək qanunvericiliyi onlara da şamil olunur. Bundan əlavə, məhz 20 yaşına çatdıqdan sonra onlara siqaret çəkməyə və içki içməyə rəsmi olaraq icazə verilir.
Həmin gün hökumət orqanları bu gənclər üçün təntənəli mərasimlər təşkil edərək onlara xüsusi hədiyyələr verirlər. Maraqlı burasıdır ki, 20 yaşı tamam olmuş gənclərin siyahısı yerli hakimiyyət orqanlarına vergilər idarəsi tərəfindən təqdim edilir. Çünki 20 yaşı tamam olmuş hər bir gənc həyat vergisi ödəməlidir. Vergidən yayınanlara dəvətnamə göndərilmir və onlar mərasimə buraxılmırlar.
Yaponiyada Həddi-Buluğa Çatanlar Günü 1948-ci ildən başlayaraq rəsmi şəkildə qeyd edilir. Buna qədər həmin bayram yalnız ailə çərçivəsində qeyd edilmiş və məbədi ziyarətlə tamamlanıb.
Əvvəllər bu bayram yanvarın 15-də qeyd edilirdi və adətən bu, həftənin orta günlərinə düşürdü. Belə əlamətdar gün üçün yalnız bir günün ayrılması çox az idi. Çünki gənclərin çoxu həmin günü doğma şəhərə, evlərinə dönərək ailələri ilə birlikdə qeyd etməyə üstünlük verirdilər. 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, 2000-ci ildən başlayaraq bu bayram yanvarın birinci bazar ertəsinə keçirildi. Beləliklə, gənclər həmin bayramı üç gün ardıcıl şəkildə qeyd etmək imkanı qazanmış oldular. Bu bazar ertəsi günü isə həmin vaxtdan başlayaraq “xoşbəxt bazar ertəsi” adlanmağa başlanıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info