Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu təşkil olunacaq
Tarix: 13.01.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu təşkil olunacaq. Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. Forumun məqsədi türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, iqtisadçılar arasında əlaqələri inkişaf etdirməkdir. Həmçinin onların fəaliyyətini türkdilli dövlətlərin inkişafına istiqamətləndirmək və birgə elmi-strateji araşdırmaları təşkil etməkdir. Burada əsasən 5 türkdilli dövlətin nümayəndələri bir araya gələcək. Forumda xaricdən 100, yerli 150 iqtisadçı alimin iştirak etməsi planlaşdırılır. Forumun 2014-cü ilin iyun ayında 4 gün ərzində yekunlaşması nəzərdə tutulub. Hazırda AMEA İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair Tədbirlər planı hazırlanır. Qeyd edək ki, Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinin vacibliyini bildirib. Bu çağırış “Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu”nun keçirilməsi üçün zəmin yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info