“BBC Russian.com”: “Amerika konqresmenlərinin yarısı milyonerdir”
Tarix: 13.01.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Sosioloji araşdırmalar göstərir ki, Konqresə bir amerikan siyasi institutu kimi inam ən aşağı səviyyədədir”

Böyük Britaniyanın "BBC Russian.com" xidməti ABŞ konqresmenləri barəsində maraqlı xəbər verir. Qeyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının 534 üzvündən 268 nəfəri bir milyon dollardan çox aktivlərə malikdirlər. Qeyd edək ki, belə bir situasiyanın ABŞ tarixində ilk dəfə qeydə alındığı bildirilir.
2012-ci ilə aid əmlak deklarasiyası barəsində məlumatlar əlçatandır. Bu məlumatlar “Məsuliyyətli siyasət mərkəsi” ictimai birliyinin saytı olan “OpenSecrets.org” saytında verilib. ABŞ-da hər iki aparıcı partiyanın nümayəndələrinin maddi rifah halı demək olar ki eynidir. Məsələn, demokrat-konqresmenin orta vəziyyəti 1,04 milyon, respublikaçınınkı isə 1 milyon dollardır. Senatorlar isə kifayət qədər özlərindən aşağı olan Nümayəndələr Palatasının üzvlərindən varlıdırlar: 896 min dollara qarşı 2,7 milyon dollar. Ən varlı konqresmen Nümayəndələr Palatasından olan, Kaliforniyadan seçilmiş Darrel İssadır. Onun maşın sahəsinə aid ticarəti 598 milyon dollar qazandırıb.
Ən kasıb isə Kalifornioyuadan olan respublikaçıdır. O da Nümatyəndəər palatasının üzvü Devid Valadaodur. Onun ailəsinə məxsus süd ferması 12 milyon dollardan çox borcla yüklənib.
“Frans-press” agentliyinə bu barədə fikirlərini bildirən yuxarıda adı çəkilən ictimai birliyin direktoru Şeyla Krumxolts deyib ki, amerikan vətəndaşlarının Vaşinqtonda təminatlı insanlara cəmiyyətin maraqlarını etibar etməyə həvəsləri dəyişməz olaraq qalmaqdadır. Xanım direktor onu da əlavə edib ki, maddi və maliyyə təminatı seçkiöncəsi kampaniyalar keçirmək üçün vacib şərtlərdən biri kimi çıxış edir. Bununla bərabər, sosioloji araşdırmalar onu da üzə çıxarıb ki, Konqresə bir amerikan siyasi institutu kimi inam hazırkı məqamda bu qurumun tarixində ən aşağı dərəcədədir. Bu barədə aparılan sosioloji araşdırmalar indiyə qədər belə bir nəticəyə gəlməmişdi.
“Məsuliyyətli siyasət mərkəzi” qanunvericilik təmsilçiləri barədə bu şəxsi məlumatları Konqresdə minimal əməkhaqları və işsizliyə görə yardım məsələləri ilə bağlı debatlarla uzlaşdıraraq yayıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info