İnsan Hüquqları üzrə Avropa Konstitusiya Mərkəzi ingilis hərbçilərini məhkəməyə verir
Tarix: 14.01.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


İnsan Hüquqları üzrə Avropa Konstitusiya Mərkəzi Beynəlxalq Cinayət Məhkəməsinə İraqdakı hərbi əməliyyatlar zamanı ingilis hərbçiləri tərəfindən zorakılıq aktlarını təsdiq edən hesabat təqdim edib. 400-dən çox iraqlının ifadəsinə istinad edilən hesabatda «nalayiq hərəkət, qəddarlıq, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar» kimi cinayətlər göstərilib.
250 səhifəlik sənədin müəllifləri hesab edirlər ki, bu, qeyri-insani hərəkətlər üçün ilk növbədə, ingilis yüksək rühbəli hərbçilər məsuliyyət daşıyırlar. Məruzəçilərə görə, əsas məsuliyyət Böyük Britaniyanın keçmiş müdafiə naziri Ceffa Hun və İraqdakı kontingentin komandiri Piter Uollun üzərinə düşür. Yuxarıda göstərilən cinayətlərin sırasında “cinsi təcavüz, mədəni və dini təhqir, zorlama və edam cəzası” kimi faktlər da göstərilir. Böyük Britaniya hökuməti isə insan haqlarının sistematik pozulması hallarını inkar edərək, yalnız bir neçə sui-istifadə hallarının olduğunu etiraf edib. Bununla yanaşı, Birləşmiş Krallıq rəsmiləri belə halların artıq müvafiq strukturlar tərəfindən araşdırılaraq günahkarların cəzalandırılacağını və iraqlı qurbanların ailələrinə təzminat ödənəcəyini bildirirlər.
Qeyd edək ki, 2003-cü ildə İraqa qarşı başlanan müharibədə 5 mindən çox ABŞ hərbçisi həlak olub. Dinc sakinlər arasında isə ölənlərin sayı barədə rəsmi məlumat 115- 126 min nəfər kimi göstərilir.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info