Akademik Zərifə Əliyeva adına liseydə yeni tədris otağı açılıb
Tarix: 14.01.2014 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Akademik Zərifə Əliyeva adına liseydə "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açılıb.
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin İKT ilə təminatı əsas strateji hədəflərdən biri kimi qarşıya qoyulub. İKT sahəsində real dayanıqlı inkişaf əldə etmək üçün məktəblərin maddi-texniki bazası inkişaf etdirilməli, bu sahə üzrə məzmun yaradılmalı, resurslar vasitəsilə şagirdə çatdırılmalı, müəllimlərin İKT-dən istifadə səriştəsi artırılmalıdır.
Nazir müavininin fikrincə, "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində Azərbaycanın orta məktəbində İKT əsaslı tədris otağının yaradılması, bu resurslardan istifadəsinə dair treninqlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk bildirib ki, pilot layihə çərçivəsində əməkdaşlıq iki ölkə arasında mövcud dostluq əlaqələrini daha da sürətləndirəcək. Koreya təhsil təcrübəsinin tətbiqi Azərbaycana yüksək keyfiyyətli insan qaynaqlarının yetişdirilməsinə kömək edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info