“Avropa Oyunlarının hazırlığına çoxlu gənc cəlb olunub”
Tarix: 14.01.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


“2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının proqramında şahmat da var”. Bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, şahmatın Olimpiya idman növü olmamasına baxmayaraq, Avropa Komitəsinin xüsusi qərarı ilə şahmat və karate Avropa Oyunlarının proqramına salınıb: "Sözsüz ki, şahmatla bağlı aparılan bütün islahatlar daha yüksək səviyyədədir. Bizim çox güclü şahmat komandalarımız var ki, onların sayəsində biz ev sahibliyi edərkən sevinc hissi yaşamalıyıq və bu sahədə biz işlər görəcəyik".
A.Rəhimov deyib ki, gənclərlə bağlı Təşkilat Komitəsi işləyir: "Bu işə çoxlu gənc cəlb olunub. Biz düşünürük ki, qısa müddətdə böyük kütlə, könüllülər Avropa Oyunlarının hazırlığı prosesinə cəlb olunacaq. Avropa Oyunlarının hazırlığına faktiki olaraq ötən ilin əvvəlindən başlanılıb. Artıq bir ildir işlər gedir. Demək olar ki, keçən ilin son ayından işlər daha fəal şəkildə aparılır. Bu il də əsas ilimizdir. Yəni, bu il bütün tikinti işləri başa çatmalıdır. Bu günlərdə avadanlıqlar alınmalıdır, kənd hazır olmalıdır, nəqliyyat və digər məsələlər hamısı həll edilməlidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Səudiyyə Ərəbistanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.11.2019
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15.11.2019
Prezident Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Allahşükür Paşazadə: Sammitin əhəmiyyəti zaman keçdikcə özünü daha çox göstərəcək
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info