Azərbaycan və Britaniya birgə təlimlər keçirəcək
Tarix: 14.01.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində enerji idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərə başlanacaq.
2014-cü ilin yanvarın 21-də başlayacaq təlimlər üç gün ərzində Britaniya Standartlar İnstitutunun mütəxəssisinin iştirakı ilə keçiriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri haqqında Britaniya Standartlar İnstitutunun (BSİ) rəsmi sertifikatı ilə təltif olunacaqlar.

Komitədən qeyd edilib ki, İSO 50001 beynəlxalq standartı enerji idarəetmə sisteminin qurulması, tətbiqi, müşayət edilməsi və təkmilləşdirilməsi üzrə tələbləri təyin edən, müəssisə üçün enerji sisteminin, enerji effektivliyinin, enerji təhlükəsizliyinin, enerji sərfiyyatının davamlı təkmilləşdirilməsinə imkan yaradan sistemli yanaşmadır. Həmçinin bu yeganə standartdır ki, müəssisəyə qısa müddət ərzində enerji effektivliyinə nail olmağa və maddi qənaəti əldə etməyə imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planı təsdiqlənib
07.12.2019
Qar yağacaq, yollar buz bağlayacaq - xəbərdarlıq
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info