Parisdə azərbaycanlı xanəndənin çıxışı maraqla qarşılanıb
Tarix: 14.01.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Parisin məşhur Abess Teatrında Azərbaycanın tanınmış muğam ifaçılarının çıxışları artıq bir ənənəyə çevrilib.
Vaxtilə teatrın səhnəsində Azərbaycanın xalq artistləri Ağaxan Abdullayev və Alim Qasımov fransız tamaşaçılarını muğam musiqisi ilə yaxından tanış ediblər. Onların yolunu gənc xanəndə Arzu Əliyeva davam etdirib.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Abess Teatrında Arzu Əliyevanın konserti təşkil edilib.
İkinci dəfə bu teatrda fransalı musiqisevərlər qarşısında çıxış edən Arzu Əliyevanın ifasında Azərbaycan muğamları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdə xanəndəni əməkdar artistlər Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban) və Rövşən Qurbanov (tar) müşayiət ediblər.
Azərbaycan musiqisini daim böyük rəğbətlə qarşılayan fransız tamaşaçıları zəngin milli musiqimizin qədim alətlərindən olan balabana xüsusi maraq göstəriblər.
Xatırladaq ki, yanvarın 10-da Normandiya regionunun Evrö şəhərinin sakinləri xanəndə Arzu Əliyevanın ifasında ilk dəfə Azərbaycan musiqisinin şah əsəri olan muğamı dinləmək imkanı əldə ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
3 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
4 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
5 Öküz ili bürclərə nə vəd edir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info