Beyləqan gəncləri tarixi abidələrə ekskursiya təşkil ediblər
Tarix: 14.01.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Beyləqan rayonunun tarixi abidələrinin tələbə-gənclər arasında təbliği” layihəsi çərçivəsində bir qrup gəncin tarixi abidələrin yerləşdiyi ərazilərə ekskursiyası təşkil edilib.
Ekskursiyada rayon tarix diyarşünaslıq muzeyinin, “Araz” ədəbi birliyinin, mərkəzi kitabxananın, mədəniyyət və turizm şöbəsinin əməkdaşları da iştirak etmişlər. Gənclər rayonun Kəbirli kəndi yaxınlığında yerləşən qədim Beyləqanın (Örənqala) yerləşdiyi ərazisini və XIV əsrə aid Həzrəti Cərciz Peyğəmbər ziyarətgahını ziyarət etmişlər. Gənclərə Beyləqanın qədim tarixi və abidələri ilə bağlı geniş məlumat verilib.
Sonra rayon tarix diyarşünaslıq muzeyində seminar keçirilmişdir. “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev çıxış edərək layihə ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, layihənin məqsədi Beyləqan rayonunda yerləşən tarixi abidələrin təbliği və bu prosesə gəncləri cəlb etməkdir. Layihə çərçivəsində gənclərin Beyləqan rayonunda olan tarixi abidələrin yerləşdiyi ərazilərə ekskursiyaları təşkil edilir, seminarlar, tarixçi alimlərlə görüşlər, müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.
Seminarda Beyləqanın 2000 illik tarixi haqqında gənclərə ətraflı məlumatlar verilib, ekskursiya ilə bağlı gənclərin təəssüratları, gələcəkdə həyata keçiriləcək layihələr müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
04.12.2020
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info