Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə innovasiya seminarları keçirildi
Tarix: 14.01.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Sahibkarlığın inkişafına "Yeni Fikir Müsabiqəsi", "Təşəbbüskarlıq" və digər layihələri ilə dəstək verən Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) beynəlxalq təcrübənin öyrənilməsinə əhəmiyyət verir. Bu məqsədlə, mütəmadi olaraq, xarici ölkələrdən təcrübəli mütəxəssislər dəvət edilir. Bu barədə universitetin mətbuat xidmətindən qəzetimizə məlumat verilib. QUtechnopark-ın bu dəfəki qonağı Türkiyədə fəaliyyət göstərən “ABC Danışmanlık və Təhsil Ltd.” şirkətinin sahibi, həmçinin təcrübəli seminarçı Yekta Özözer idi. Yekta Özözer Türkiyədə və xaricdə fəaliyyət göstərən xeyli sayda böyük firmalara "innovasiya", "yaradıcı", "konfliktlərin həll edilməsi", "idarəçilik" və "motivasiya" mövzularında dəstək verir. 10-12 yanvar 2014-cü il tarixlərində Bakıda olan Yekta Özözerlə birgə bir neçə dəfə seminar təqdimatlarla yanaşı, müxtəlif görüşlər də keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri Rəhim Hüseynovla başlayan görüşlər, daha sonra Qafqaz Universitetində davam etdirildi. Universitetin professor-müəllim heyəti, həmçinin QUTechnopark İdarə heyəti ilə birgə sənayenin inkişafında innovasiyaların rolu müzakirə olundu.
QUTehnopark-ın təşkil etdiyi Yeni Fikir Müsabiqəsində (YFM) iştirak edən gənc Yekta bəyin təqdimatında innovasiya seminarı verildi. Seminarda müxtəlif universitetlərdən tələbə və magistrlər, eləcə də maraqlanan tərəflər iştirak etdi. Seminarın sonunda Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç qonağa xatirə plaketi təqdim etdi.
Mütəxəssis Yekta Özözərin fərqli yanaşmaları müxtəlif iş adamlarının marağına səbəb olduğu üçün TÜSİAB və İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyində də əlavə görüşlər keçirildi. Bu gösrüşlərdə iş adamları ilə birgə rəqabətə davamlılığın təmin olunmasında innovativ yanaşmaların rolu müzkirə olundu. Yekta bəyin təqdimatında qeyd olunan innovasiya nümunələri maraqla aqarşılandı.
11 Yanvar 2014-cü il tarixində isə iş dünyasından müxtəlif şirkətlərin iştirakı ilə, bir günlük "İnnovasiya" seminarı keçirildi. Seminar QUTechnopark və TÜSİAB-ın təşkilatçılığı, həmçinin İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi və Qafqaz Baku City Hotelin partnyorluğu ilə baş tutdu. Nazirliklər, AMEA, müxtəlif universitetlər və iş dünyasından olmaqla 40 nəfərin iştirak etdiyi seminar iştirakçıalrına təşkilatçılar tərəfindən sertifikatlar verildi.


İlkin




 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14.12.2019
Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
14.12.2019
Məşhur idman ustası Milli Məclisə namizəd olur
13.12.2019
“Scale Up“ akselerator proqramının açılış mərasimi olub
13.12.2019
Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info