Sarıkök -çox dərdə dəva...
Tarix: 14.01.2014 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Sarıkökün kimyəvi tərkibinə nəzər salsaq, görərik ki,o, fosfor, dəmir, yod və kalsium ilə, C, B1, B2, B3 və K vitaminləri ilə zəngindir. Üstəlik, sarıkök antibiotik təsiri göstərir. Təbii antibiotiklərinsə sintetiklərdən fərqli olaraq, orqanizmə zərər vurmadığı bəllidir. Sarıkökün tərkibindəki efir yağı isə antioksidant rolunu oynayaraq, orqanizmi cavanlaşdırır və müxtəlif şişlərdən qoruyur.
Xalq təbabətində sarıkökdən geniş istifadə olunur.
Mədə-bağırsaq xəstəlikləri, diareya və meteorizm zamanı: 1 çay qaşığı sarıkök tozunu 1 stəkan suda həll edirlər. Yeməkdən əvvəl yarım stəkan içirlər.
Boğaz üçün sarıkök: Antiseptik kimi qarqara üçün istifadə edilir. Yarım çay qaşığı sarıkök və yarım çay qaşığı duzu 1 stəkan ilıq suda əridirlər. Bu qatışıq dezinfeksiya edir, seliyi təmizləyir, boğazdakı ağrını götürür. Damaq və ağız boşluğu iltihabını da eyni qaydada sağaldırlar.
KRX (kəskin respirator xəstəliklər) və zökəm, haymorit və bu kimi problemlər: Duzlu suya sarıkök (400 qram suya yarım çay qaşığı) qatıb, burun-udlağı yuyurlar. 1 çay qaşığı duz götürülür. Su ilıq olmalıdır. Selik yaxşı təmizlənir, burun-udlaq səthi dezinfeksiya olunur.
KRX və soyuqdəymənin profilaktikası: xəstəlik zamanı olduğu qaydada hazırlanır. Yalnız su bir qədər sərin-bədən temperaturundan bir qədər aşağı olmalıdır.
Yanıq. Əzvay şirəsi ilə sarıkökü qatı kütlə halına düşənədək qarışdırır, yanığın üstünə çəkirlər. Ağrını azaldır, dezinfeksiya edir və sağaldır.
Sarıkök övrəyə qarşı. Bu xəstəlik zamanı yeməklərə ədviyyat kimi qatılır ki, bu da xəstəliyin tez keçməsinə kömək edir.
Astma. Sarıkökü qaynar südə qatıb içəndə allergik astma tutmaları yüngülləşir. Yarım stəkan qaynar südə yarım çay qaşığı sarıkök əlavə edilir. Acqarına gündə 2-3 dəfə qəbul edilir.
Soyuqdəymə xəstəlikləri: astmadakı resept, yalnız sarıkökün miqdarını azacıq artırmaq olar. Üstəlik belə problemlər zamanı sarıkökü bala qatıb ağızda mümkün qədər çox saxlayaraq sormaq da olar.
Anemiya. 1/4 çay qaşığı sarıkök qatılmış balı acqarına yeməklə orqanizmi kifayət qədər dəmir ehtiyatı ilə təmin etmək mümkündür.
Gözün iltihabi xəstəlikləri: Yarım litr suda 2 çay qaşığı sarıkök su yarıbayarı buxarlanana qədər qaynadılır. Sonra soyudulur, süzülür. Alınan məhlulu gündə 3-4 dəfə gözə damızdırmaq olar. İltihabı aradan qaldırır, dezinfeksiya edir.
Vitiliqo. Belə bir tərkibdə resept hazırlanır. 250 qram sarıkök 8 saat 4 litr suda saxlanıldıqdan sonra vam odun üstünə qoyulur. Suyun yarısı buxarlanana qədər saxlanılır, sonra 300mq xardal yağı əlavə edilir. Su tamam çəkilənədək yenidən qaynadılır. Yağı tünd rəngli şüşəyə tökürlər. Gündə 2 dəfə ağarmış ləkələrə çəkirlər. Bu prosedur bir neçə ay davam edə bilər.
Sarıkökün qəbuluna dair əks-göstərişlər
Birincisi, sarıkök güclü təsirə malik olduğundan onu tibbi preparatlar ilə eyni vaxtda qəbul etmək məsləhət görülmür. Cünki bu zaman xəstəliyin ümumi mənzərəsi dəyişə bilər.
İkincisi, bir sıra xəstəliklər var ki, onlardan əziyyət çəkənlərə ümumiyyətlə sarıkök qəbul etmək məsləhət görülmür. Məsələn, ödaxarı yollarının tıxanıqlığı və öd kisəsində daş olduqda sarıkökdən uzaq olmaq lazımdır.
İstənilən halda xroniki xəstəliyi olanlar tünd ədviyyatlardan istifadə etmək üçün mütləq müalicə həkimi və ya dietoloq ilə məsləhətləşməlidirlər.
Daha bir vacib məqam: bu ədviyyat nə qədər faydalı olsa da ondan çox istifadə etmək olmaz. 5-6 nəfərlik xörəyə 1 çay qaşığı əlavə etmək kifayətdir.
Qeyd: Nə istifadə etsəniz onu, yaxşıca araşdırın, və həkiminizlə məsləhətləşin.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Azərbaycanda insanlar ürək xəstəlikləri ilə bağlı ağırlaşmaları əvvəlcədən göstərən müayinələrə maraq göstərmirlər
09.11.2019
Yaş corab geyinməyin faydaları
09.11.2019
Dietoloqlar ən zərərli şirniyyatı elan etdi
07.11.2019
Siqaret çəkməyin yeni təhlükəsi açıqlandı
06.11.2019
Sarımsaq qabığından 7 möcüzə resept

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info