Professor İsa Alıyev: “Yeni sənaye komplekslərinin yaradılması stimullaşdırılmalıdır”
Tarix: 14.01.2014 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


“Azərbaycanın müstəqil milli iqtisadiyyatı rəqabət gücünə malik olmalıdır”
Prezident İlham Əliyevin sədrliyi ilə Naz irlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı bildirib ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atıb: “Əgər biz güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə beynəlxalq aləmdə, nə də regionda bu uğurlara nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirib. 2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilməlidir”. Müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərin iqtisadiyyatın inkişafına daha da təkan verdiyini bildirdi:
-Ölkə başçısı bu günlərdə iclasda çıxışı zamanı ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüzün müəyyən etdiyini bildirdi ki, bu həqiqətən də belədir. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı da prioritetdir. Ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu, çox böyük göstəricidir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz, yəni, təxminən 10 faiz artıb və bu da son illərdə aparılan islahatların nəticəsidir. Bu bir faktdır ki, qlobal rəqabətli iqtisadi məkanda fəaliyyət göstərmək, güclü rəqiblərlə işbirliyi qurmaq, daxili imkanlardan istifadə etməklə dünya bazarının üstünlüklərindən bəhrələnmək üçün Azərbaycanın müstəqil milli iqtisadiyyatı rəqabət gücünə malik olmalıdır. Bu başlıca tələblərdən biridir. Digər tələb isə milli iqtisadiyyatın özünün bazar münasibətləri əsasında yenidən qurulması, strukturunun formalaşdırılması, güclü maddi-texniki bazasının yaradılması, şaxələnmiş şəkildə bütün sahələrinin inkişaf etdirilməsi, sosial istiqamətli olmasının təmin edilməsi, yeni keyfiyyətli infrastruktur sahələrinin yaradılması, regionların hərtərəfli inkişafının təmin edilməsi əsasında Azərbaycan vətəndaşlarının daim artmaqda olan tələblərinin hərtərəfli ödənilməsinə nail olmaqdır. Bütün bunlara rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdığı bir şəraitdə nail olmaq mümkündür. Azərbaycanın müstəqillik tarixində iqtisadi fikrin yeni reallıqlara uyğun inkişafı iki böyük mərhələni özündə əks etdirir. Bu mərhələlərə Azərbaycan keçid və postkeçid inkişaf mərhələlərinə daxil edilir. Birinci mərhələdə aparılan elmi araşdırmalar keçid dövründə iqtisadiyyatın transformasiyası, keyfiyyətcə bir sosial-iqtisadi sistemdən digərinə keçidin beynəlxalq təcrübələrdən də yararlanaraq daha münasib üsul və vasitələrlə təmin olunmasına xidmət edirdisə, ikinci mərhələdə sosial yönümlü milli iqtisadiyyatın sabit və dayanıqlı inkişafın təmin olunması problemlərinin nəzəri və praktiki məsələlərinin araşdırılması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin bazar iqtisadiyyatının dövlət tənzimlənməsi ideyaları, İlham Əliyevin strateji proqram və konsepsiyalarla idarəetmə siyasətinə, xalq təsərrüfatının xüsusiyyətlərinin ətraflı təhlilinə əsaslanır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkə iqtisadiyyatında sürətli inkişaf özünü göstərir.
- Rəqabətqabiliyyətli iqtisadiyyatda beynəlxalq iqtisadi əlaqələrin rolunu necə qiymətləndirirsiniz?
- 2013-cü ildə bu istiqamətdə aparılan tədqiqat işində Azərbaycanın Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi inkişaf etmiş Avropa ölkələri ilə beynəlxalq iqtisadi münasibətləri, bu ölkələrlə Azərbaycan arasında formalaşan idxal-ixrac əlaqələrinin dinamikası, strukturu təhlil edildi və aydın oldu ki, mühüm nəticələr əldə edilib. Müstəqillik qazandıqdan sonra Azərbaycan xarici ölkələrlə iqtisadi əlaqələr prosesində fəal və uğurla iştirak etməyə başladı. Məlum olduğu kimi ölkəmiz xarici iqtisadi əlaqələri idxal-ixrac, investisiya qoyuluşu, elmi-texniki əməkdaşlıq, birgə və birbaşa müəssisələrin təşkili, iş qüvvəsinin miqrasiyası, istehsalın beynəlxalq kooperasiyası, valyuta-maliyyə əlaqələrinin təkmilləşdirilməsi, turizm, azad-ticarət zonalarının yaradılması və dövlət tənzimlənməsi sahələrində həyata keçirir.
Müəyyən edilib ki, son 5 ildə idxal edilən heyvan və heyvan mənşəli, bitki mənşəli piylər və yağlar, hazır ərzaq məhsullarının payı azalmağa doğru meyil edib və onların ixracı isə artmağa başlayıb. Ölkəyə idxal olunan qeyri-ərzaq məhsullarının 16 qrupu (hamısı) üzrə dinamik inkişaf davam edib. Onların tərkibində mineral məhsullar, kimya sənayesi, maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, nəqliyyat vasitələrinin payı idxalda sürətlə artaraq çoxalıb. Əldə olunan nəticələrə görə dövlət xarici ticarəti inkişaf etdirməli, investisiya qoyuluşunun miqyasını genişləndirməli, birgə və birbaşa müəssisələrin fəaliyyətini səmərəli təşkilinə nail olmalı, elmi-texniki əməkdaşlığı genişləndirməli, ticarət zonaları yaradılmalı, miqrasiya məsələlərinin həllini səmərəli istiqamətə yönəltməklə digər müvafiq məsələləri qısa müddətdə həll etməlidir. Onu da qeyd edim ki, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub ki, bu da rekord göstəricidir. Ölkə başçısı da bildirib ki, heç vaxt il ərzində bu qədər investisiya qoyulmayıb. Son bir neçə il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır.
- Bu istiqamətdə həyata keçirilən tədbirlərdə azad sahibkarlığın rolu ilə bağlı nə deyə bilərsiniz?
- Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında fiskal və monetar alətlərdən istifadə, problemlərin tədqiq edilərək bu alətlərdən səmərəli istifadə etməklə sahibkarlığın inkişafının dəstəklənməsi yolları müəyyənləşdirilib. Dünya dövlətlərinin hər birinin qarşısında duran ən vacib məsələlərdən biri də milli sahələr və müəssisələr üçün dünya və yerli bazarlarda mövqelərini qazanıb möhkəmləndirmək məqsədi ilə xarici rəqiblərini qabaqlamaq üçün imkanların axtarışıdır. Xüsusi iqtisadi zonaların (XİZ) yaradılmasının sosial-iqtisadi əhəmiyyəti, bu yolda rəqabətqabiliyyətliliyin artırılması və milli iqtisadiyyatın beynəlxalq iqtisadi münasibətlərə daha fəal daxil olması üsullarından biri kimi əsaslandırılır. Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında insan potensialından istifadə yaşayış keyfiyyətinin yüksəldilməsi istiqamətində elmi-tədqiqat işləri mühüm nəticələr əldə edilib. Bundan başqa, XİZ-lər istehsalın inkişafına, yeni iş yerlərinin açılmasına, əmək məhsuldarlığının artırılmasına, ölkənin depressiv rayonlarının sosial-iqtisadi inkişafına yardım edən dövlət regional siyasətinin bir aləti kimi də istifadə oluna bilər.
- 2014-cü il “Sənaye ili” elan edilib. Bu məqsədlə regionlarda hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq regionlarda mühüm tədbirlər həyata keçirilib və iqtisadiyyatda bir sıra keyfiyyət göstəriciləri əldə olunub. Regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə burada sahibkarlıq mühitinin yaxşılaşdırılması, istehsal müəssisələrinin müasir tələblərə cavab verən texnologiya ilə təminatının həyata keçirilməsi və sənayenin texnoloji səviyyəsinin yüksəldilməsi, yeni sənaye müəssisələrinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması vacib şərtlərdən biri hesab olunur. Sənayedə struktur siyasəti istehsalın texniki cəhətdən modernləşdirilməsinə, regionlararası təsərrüfat əlaqələrinin təkmilləşdirilməsinə və yeni sənaye komplekslərinin yaradılmasının stimullaşdırılmasına yönəldilməlidir. Belə ki, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında keyfiyyət göstəricilərinin əldə olunması vacib şərtlərdən biri hesab olunur ki, bu da daxili bazarın tələbatını ödəyən və ixracı mümkün olan innovasiya əsaslı məhsul və texnologiyaların yaradılmasında əsas kimi götürülməlidir. Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasında regionların davamlı və tarazlı inkişafı problemləri tədqiq edilərək təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi istiqamətləri müəyyənləşdirilib. Azərbaycanda rəqabətqabiliyyətli iqtisadiyyatın mühüm sahəsi kimi aqrar iqtisadiyyatın formalaşması problemləri tədqiq edilərək ərzaq təhlükəsizliyinə dair kompleks rekomendasiyalar işlənib hazırlanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Müxalifətin “mühacir biznesi” iflasa uğrayır
06.11.2019
Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
01.11.2019
Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
31.10.2019
“Əkiləcək 650 min ağacın gələcək taleyini izləmək üçün nəzarət funksiyası həyata keçirilməlidir”
24.10.2019
“Ali təhsillilər də Mərkəzimizə müraciət edərək peşə oyrənirlər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info