Naira Ayrumyan: “Ermənistan suveren olmadığına görə, prezident və baş nazirə ehtiyacı yoxdur”
Tarix: 14.01.2014 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


“Moskvanın diqtəsi ilə özünütəcrid siyasəti həyata keçirən Ermənistan bununla regional prosesləri blokadaya ala bilər ki, geosiyasi güclər bunu bizə bağışlamaz”
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla indiki baş nazir Tiqran Sərkisyan arasında başlayan polemika hər keçən gün böyüməkdədir. Köçəryanın baş naziri kəskin tənqid etməsi onun yenidən aktiv siyasətə qayıtması və ya Kreml tərəfindən qaytarılması kimi dəyərləndirilir.
Məsələni “Lragir”ə dəyərləndirən ekspert Naira Ayrumyan bildirib ki, Sərkisyan-Köçəryan polemikası əslində cəmiyyət tərəfindən gülməli qarşılanıb: “Məsələ ondadır ki, Ermənistanda heç bir iqtisadiyyat olmadığı üçün, iqtisadi siyasət də yoxdur. Ermənistanın siyasəti də, iqtisadiyyatı da üç prezident tərəfindən uğurla Rusiyanın dövlət şirkətlərinə və xüsusi xidmət orqanlarına təhvil verilib. Ermənistan hakimiyyəti açıq şəkildə bəyan edir ki, ölkənin təhlükəsizliyinin təminatçısı Gümrüdəki Rusiya hərbi bazası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Ermənistanın sərhədlərini Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidmətçiləri qoruyur. Qazı ancaq Rusiyadan alan da, bizə satan da ruslara məxsus “RosQazprom” şirkətidir. Ermənistanın dəmiryolunu Rusiya Dəmiryolu Şirkəti, atom elektrik stansiyasını Rosatom idarə edir. Ermənistanda avtomobillərin sığortasını, bu ildən isə məcburi tibbi sığortanı Rusiya Sığorta Şirkəti həyata keçirir. Ermənistanın bütün dövlət kommunikasiya şəbəkəsi Rostelekoma təhvil verilib. “Rosneft”lə imzalanan müqaviləyə əsasən Ermənistanda neftlə bağlı bütün işlərə bu şirkət cavabdehdir. Bizə aviasiya benzinini “Rosneft” istədiyi qiymətə satacaq. Deməli, təyyarə biletlərinin ucuzlaşacağını gözləməyə dəyməz. Əgər Ermənistanın bütün aktivlərinə başqaları nəzarət edirsə, ölkə suveren deyilsə, prezident və baş nazirə nə ehtiyacımız var? Burada ancaq söhbət ondan gedə bilər ki, kim Rusiyanın aktivlərini daha yaxşı idarə edə, Ermənistanının hesabına Rusiyaya daha çox xeyir verə bilər. Ermənistan suveren dövlət olmadığına görə iqtisadi siyasətə də ehtiyacı yoxdur. Bizi kriminal oliqarxların və ya “leqal” bankların qarət etməsinin heç bir fərqi yoxdur. Əsas odur ki, Ermənistanın sahibi başqalarıdır və onlar ölkəni qarət edərək vətəndaşlarımız üçün heç nə saxlamırlar. Ermənistan öz maraqlarından çıxış edərək qərar qəbul etmək iqtidarında deyil. Bizim üçün əsas olan Rusiyanın maraqlarıdır”.

“İran yavaş-yavaş blokadadan çıxdığı halda, Ermənistan özünü beynəlxalq izolyasiyaya salır”

Digər ekspert Akop Bədəlyan isə bildirib ki, qonşu İran çoxillik blokadadan çıxmağa başlayıb. Tehranın Qərblə apardığı danışıqları dəyərləndirən politoloq Bədəlyan bildirib ki, yaxın günlərdə Avropa İttifaqı komissarı Ketron Eştonun Tehrana səfəri gözlənilir. Eyni zamanda İran prezidenti Həsən Ruhaninin Davos forumunda iştirak edəcəyi ilə bağlı informasiyalar dolaşır: “İranın nüvə proqramı ilə bağlı razılaşmanın yanvarın 20-dən sonra qüvvəyə minəcəyi gözlənilir. Bu, İrana qarşı sanksiyaların müəyyən qədər aradan qalxması deməkdir. Ermənistanın qonşusu yavaş-yavaş blokadadan çıxır. Amma Ermənistanın özündə əks proseslər gedir. Gömrük İttifaqına üzv olmağa çalışan Ermənistan bununla da özünü beynəlxalq izolyasiyaya salır. İranın blokadadan çıxdığı bir vaxtda Ermənistan özünü tamamilə blokadaya salır. Ermənistan özünü alternativlərdən mərhum edən siyasət həyata keçirir. Bu siyasəti İrəvana Moskva diqtə edir. Sərkisyan hakimiyyətdə qalmağına təminat müqabilində Kremlin tapşırıqlarını yerinə yetirir. Moskvanın diqtəsi ilə özünütəcrid siyasəti həyata keçirən Ermənistan bununla regional prosesləri blokadaya ala bilər ki, geosiyasi güclər bunu bizə bağışlamaz”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15.11.2019
Müxalifətin “miqrant alveri“ cəmiyyət qarşısında ifşa edildi
15.11.2019
Türkiyə HHQ İraqın şimalında 6 PKK terrorçusunu məhv edib
15.11.2019
“Facebook Messenger“in işində qüsurlar yaranıb
15.11.2019
Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info