Paytaxtın mərkəzində yeni layihələr həyata keçiriləcək
Tarix: 14.01.2014 | Saat: 23:06:00 | E-mail | Çapa göndər


Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq 2012-ci ilin sonunda Səbail rayonunda İcra Hakimiyyəti başçısının 1 və 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri yaradılıb.
Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Səbail rayonunun mərkəz ərazilərini əhatə edən 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib. Toplantıda 2013-cü il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib. Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Neftçilər prospektində ikimərtəbəli yeraltı avtomobil dayanacağının, Dağüstü parkın, Qız qalasının, Xalça Muzeyinin yeni binasının, əsaslı təmirdən sonra Səbail Rayon İcra Hakimiyyəti binasının açılış mərasimləri keçirilib. Ötən il «Fəvvarələr Meydanı»nda 260 avtomobil yerlik yerüstü qaraj istifadəyə verilib, 1 saylı şəhər poliklinikasında, 7 saylı orta məktəbdə, 44 saylı uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunub. RİH tərəfindən «Şəhidlər Xiyabanı» kompleksində 20 Yanvar cəmiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahları, həmçinin xiyabana xidmət göstərən təsərrüfat xidmətləri işçiləri üçün inzibati bina tikilib.
Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat verib, qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Azərbaycanda yaşıllıqların götürülməsi qaydası dəyişilib
13.11.2019
Cəlilabadda xeyriyyə aksiyası keçirilib
13.11.2019
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13.11.2019
Masallı Rayon İcra Hakimiyyəti başçısının Öncəqala kəndi ərazisində səyyar görüş-qəbulu
13.11.2019
Masallıda “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info