İxracyönümlü məhsul istehsalı artırılacaq
Tarix: 14.01.2014 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Ticarət əlaqələrinin genişləndirilməsi, yeni bazarlara
çıxış imkanları xüsusi diqqət mərkəzində olacaq


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirildi.
Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verdi. Qeyd edildi ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident proqram xarakterli çıxışında 2013-cü ildə görülmüş işlərə yekun vurub, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib.

Nazirlər Kabinetinin iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihələrinin davam etdirilməsi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin bu il icra edilməsi, Şəmkirçay su anbarı tikintisinin 2014-cü ildə başa çatdırılması, içməli su və kanalizasiya təminatının yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin yüksəldilməsi, yol tikintisinin, o cümlədən kənd yollarının inşasının sürətləndirilməsi, sosial obyektlərin, Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları ilə əlaqədar idman obyektlərinin tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, generasiya layihələrinə investisiyaların cəlb edilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqi, suvarılan torpaqların həcminin artırılması, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, ekoloji tədbirlərin görülməsi, göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, havanı çirkləndirən müəssisələrin siyahısının hazırlanması və təqdim edilməsi, “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparılması və s. barədə mühüm tapşırıqlar verdiyi vurğulanıb. Prezident İlham Əliyev çıxışında müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirib, ölkədə sənayenin daha da inkişaf etdirilməsi, o cümlədən texnoparkların yaradılması sahəsində işlərin davam etdirilməsi, metallurgiya sənayesinin inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində göstərişlər verib, 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü ili “Sənaye ili” elan edib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş geniş müşavirədə Nazirliyin 2013-cü ildəki fəaliyyəti müzakirə olunub, qurum rəhbərlərinin hesabatları dinlənilib. Nazir Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə olduğu qeyd edilib, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıqlar verilib.
Prezidentin müvafiq sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının hazırlanması barədə konkret tapşırıq verildiyini vurğulayan nazir Şahin Mustafayev sənədin qısa müddət ərzində hazırlanaraq təqdim edilməsi üçün nazirliyin müvafiq strukturlarına göstəriş verib. Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, Bakı-Astara yolunun, eləcə də kənd yollarının tikintisinin sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların tətbiqinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin, istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının artırılmasına nail olunması barədə Nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.
Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ticarət əlaqələrinin daha da genişləndirilməsi, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsinin əsas vəzifələrdən olduğu bir daha qeyd edilib, bu sahədə işlərin daha da gücləndirilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Nazirliyin müşavirəsində ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisələrin aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması üçün nazirliyin görəcəyi işlər müəyyənləşdirilib.
Müşavirəyə yekun vuran nazir Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi üçün konkret tapşırıqlar verib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Venesiya yenidən su altında qala bilər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info