Vergilər sahəsində nümunəvi elektron xidmət
Tarix: 14.01.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda elektron hökumət quruculuğu uğurla reallaşdırılır. Ölkəmizdə əhaliyə elektron xidmətlərin göstərilməsi üçün ən yeni texnologiyalardan, innnovasiyalardan uğurla yararlanılır. Bunun nəticəsidir ki, vətəndaşların bu baxımdan işləri xeyli yüngülləşib. Azərbaycan elektron hökumət quruculuğu sahəsində həyata keçirdiyi islahatlara və nailiyyətlərə görə regionda öncül mövqedədir. Bu öncüllük beynəlxalq hesabatlarda da öz əksini tapıb.
Həmçinin o da bəllidir ki, vətəndaşlara xidməti daha da asanlaşdırmaq və operativləşdirmək üçün ötən il “ASAN xidmət” əhalinin xidmətinə verildi. İstər paytaxtda, istərsə də ölkənin bütün yerlərində, əyalətlərdə “ASAN xidmət” nümunəvi və operativ xidmət həyata keçirir ki, bu da sözügedən sahədə Azərbaycan hökumətinin böyük uğuru sayılır. Eyni zamanda elektron xidmət sahəsində nümunəvi olan dövlət qurumlarından Vergilər Nazirliyini əminliklə misal çəkmək olar. Hələ neçə illər öncəki ötən saylarımızda da bir neçə dəfə bu xidmət sahəsində müqayisə apardıqda, Vergilər Nazirliyinin digər qurumlara nümunə olduğunu bildirmişdik. Hazırda isə nazirlik vətəndaşlara və vergi ödəyicilərinə xidməti daha da təkmilləşdirmək üçün bütün yenilikləri tətbiq edir. Məsələn, Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin 1 Saylı Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yeni binası və orada göstərilən elektron xidmətlə bağlı da əminliklə bunu demək olar. Belə ki, sözügedən mərkəzdə 15 nəfərə qədər işçi xidmət göstərir. Çoxlu sayda vətəndaşların müraciətləri və sənəd, hesabat məsələləri operativ şəkildə həll edilir. Qəzetimizin əməkdaşları da rüblük vergi hesabatı verərkən bir daha bunun şahidi oldular. Mərkəzin əməkdaşı Alidə Nəbiyevanın timsalında Mərkəzin vətəndaşlara nümunəvi elektron xidmət göstərdiyini bir daha əyani olaraq müşahidə etdik.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Milli Qəhrəman Fəxrəddin Şahbazov anılıb
21.11.2019
Şirkətlərimizin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil
20.11.2019
YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20.11.2019
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib
20.11.2019
Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info