“Rzeczpospolita”: “Rusiya İrandan neft alıb, əvəzində öz məhsullarını Tehrana satacaq”
Tarix: 14.01.2014 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


“Neft ticarəti tarixində ilk dəfə ay ərzində 500 min barel neft alan alıcı bunun əvəzini pendir, ət, süd, “Minsk” soyuducusu, “Vyatka”
paltaryuyan maşını, pambıq yorğan və çəkmə ilə ödəyəcək”


“Ruslar çox əhəmiyyətli müqavilə imzalamaq ərəfəsindədir. Qərbin İrana tətbiq etdiyi embarqodan istifadə edən Rusiya xaricdə heç kimə lazım olmayan məhsullarını Tehrana sataraq əvəzində yüksək keyfiyyətli neft əldə edəcək”. Bu fikirlər Polşanın “Rzeczpospolita” nəşrində çap edilən məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, bu günlərdə yaxşı nefti heç də həmişə çox olmur. Rusiya nümayəndə heyətinin bu yaxınlarda Tehrana gözlənilən səfərini də elə bu kontekstdə dəyərləndirmək olar.
İvona Truseviçin müəllifi olduğu məqalədə qeyd edilir ki, son 4 il ərzində Rusiyanın dünya üzrə ən nəhəng neft istehsalçısı olmasına baxmayaraq bu neft bahalı və çirklidir: “Köhnə yataqlardakı neft tükənir. Yeni yataqlardan neft istehsal edilməsi isə külli miqdarda sərmayə və müasir texnologiya tələb edir. Belə olan halda alıcının şərtləri ilə asanlıqla razılaşan və yüksək keyfiyyətli nefti olan ölkədən bunu niyə almayasan? Hansı şərtlərlə? Barterlə. Neft ticarəti tarixində ilk dəfə ay ərzində 500 min barel neft alan alıcı bunun əvəzini pendir, ət, süd, “Minsk” soyuducusu, “Vyatka” paltaryuyan maşını, pambıq yorğan və çəkmə ilə ödəyəcək. Bu, ironiya olsa da, hələ müəyyən hissədir. Əgər “Minsk” soyuducuları daha istehsal edilmirsə, onda İrandan alınan neftin əvəzi Rusiya sənayesində istehsal olunan digər məhsullarla əvəzlənəcək. Ruslar üçün belə bazar hava-su kimi lazımdır. Ötən ilin yekunlarının o qədər də ürəkaçan olmaması o qədər də önəmli deyil: ÜDM aşağı düşüb, innovasiyalaşma zəifləyib, avadanlıq köhnəlib və ətraf mühit çirklənib. Bütün bu amillər Rusiya sənayesinin rəqabətqabiliyyətini aşağı salmaqla yanaşı, məhsulların Gömrük İttifaqının sərhədlərindən kənara satılmasının qarşısını alır. Öz növbəsində Dünya Ticarət Təşkilatına üzvlük Moskvadan öz bazarını açmağı, gömrük baryerlərini aradan qaldırmağı tələb edir. Halbuki Rusiya indiyə qədər gömrük baryerləri və bağlı bazar sayəsində sənayesini modernləşməkdən və müştəri uğrunda mübarizə aparmaqdan uzaq olub. Beləliklə, Tehranla imzalanacaq müqavilə Rusiyanın göstəricilərini yaxşılaşdırması üçün yaxşı şans olacaq. Bu, Rusiyaya yüksək keyfiyyətli İran neftini əldə etməyə imkan verəcək ki, bu da ilk növbədə enerji ehtiyatlarının satışı nəticəsində əldə edilən gəlirlə doldurulan Rusiya büdcəsi üçün sərfəlidir. Buradan belə bir sual ortaya çıxır-görəsən, Rusiya nəyə görə ABŞ və Qərbin İrana tətbiq etdiyi embarqosundan bu qədər gec istifadə edib? Çox güman ki, Moskva ancaq Hindistan və Çinlə ticarət edən İranın tamamilə “sınmasını” gözləyib. İndiki məqamda uzadılan əl çox böyük minnətdarlıqla qəbul edilir. Rusiya rəhbərliyinin ustalığı qarşısında şlyapamızı çıxarırıq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info