“BMT Təhlükəsizlik Şurasında olduğu dövrdə Azərbaycanın təcrübəsi artıb”
Tarix: 14.01.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın siyasi dairələrində populyar olan nüfuzlu “The Hill” qəzetində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “BMT Təhlükəsizlik Şurasında olduğu dövrdə Azərbaycanın təcrübəsi artıb” sərlövhəli məqaləsi dərc edilib.
Ölkəmizin xarici siyasət idarəsinin başçısı yazır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri sırasına daxil olandan dərhal sonra Prezident İlham Əliyev bu strukturda Azərbaycan üçün prioritet məsələlərin BMT-nin nizamnaməsində təsbit olunmuş ədalət ideallarına və beynəlxalq hüququn təntənəsinə dəstək verməkdən ibarət olacağını bəyan edib. Məhz bu konsepsiya çərçivəsində Azərbaycan təcrübəsini bölüşüb, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə kömək edib. E.Məmmədyarov yazır ki, Suriyada vəziyyət barədə müzakirələr Təhlükəsizlik Şurasının bu böhranın öhdəsindən gəlməsinə öz töhfəsini verib. Azərbaycanın sədrliyi dövründə bir sıra başqa mühüm məsələlər, o cümlədən münaqişələrin humanitar nəticələri müzakirə edilib. Son iki ildə Təhlükəsizlik Şurasında müzakirə edilən bir sıra məsələlər barəsində konsensus əldə edilməsi Şura üzvlərinin konstruktiv əməkdaşlıq qabiliyyətini nümayiş etdirib. Suriya məsələsi ilə yanaşı, bir sıra başqa problemlərin həlli istiqamətində, o cümlədən, Malidə, Konqo Demokratik Respublikasında münaqişələr, Sudan Respublikası ilə Cənubi Sudanın münasibətləri məsələsində də irəliləyiş göz qabağındadır.
Diplomat yazır ki, BMT Təhlükəsizlik Şurasının beş üzvü arasında fikir birliyi zəruridir, lakin qeyd etmək lazımdır ki, Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına görə kollektiv məsuliyyət daşıyırlar. Şuranın qeyri-daimi üzvlərinin bu prosesə müsbət təsir göstərmək, konsensus əldə edilməsinə öz konstruktiv töhfəsini vermək imkanı var. 2012-ci ilin may ayında, Azərbaycanın Təhlükəsizlik Şurasında birinci sədrliyi dövründə terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə dair Prezident İlham Əliyevin iştirakı ilə keçirilən yığıncaq yüksək səviyyədə olub. 2013-cü ilin oktyabr ayında Şurada ikinci sədrlik dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurası tarixində ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatı ilə birgə iclas keçirib, bununla da hər iki qurum üçün misilsiz bir imkan - beynəlxalq sülhün dəstəklənməsi sahəsində əməkdaşlıq imkanı yaradıb. E.Məmmədyarov yazır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olduğu iki il ərzində Şura üzvü olan ölkələrin daha səmərəli əməkdaşlığının zəruriliyini və onların BMT Nizamnaməsindən irəli gələn vəzifələrini yerinə yetirməyə hazır olmalarını vurğulayıb. Lakin BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələrinə məhəl qoyulmaması problemi hələ də aktualdır. Diplomat yazır ki, ərazilərinin bir hissəsi işğal altında olan, bir milyona yaxın əhalisi öz doğma torpaqlarından erməni silahlı qüvvələri tərəfindən zorla qovulmuş bir ölkə kimi Azərbaycan ona münasibətdə beynəlxalq hüququn fundamental norma və prinsiplərinin sistematik olaraq pozulmasının şahididir.
E.Məmmədyarov vurğulayır ki, iyirmi il bundan əvvəl, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tamamilə və danışıqsız çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü, onun suverenliyini və beynəlxalq miqyasda tanınmış sərhədlərini növbəti dəfə təsdiq edib. Xarici işlər naziri öz məqaləsinin sonunda yazır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü onun xarici siyasətində yeni səhifə açıb və bu təcrübə, heç şübhəsiz, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə, mədəniyyətlərarası dialoqun və humanitar yardımın nizamlanmasına öz töhfəsini verəcək. Xatırladaq ki, 2011-ci il oktyabrın 24-də 17 raunddan ibarət səsvermədən sonra Azərbaycan ölkə diplomatiyası tarixində ilk dəfə olaraq BMT-nin üzvləri olan 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.





 
Bölməyə aid digər xəbərlər
19.11.2019
ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək göstərməyə sadiqdir
19.11.2019
Mən Bakını Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tərk edirəm
19.11.2019
ATƏT-in baş katibi: “Gürcüstandakı vəziyyəti narahatlıqla izləyirəm“
19.11.2019
IGB layihəsinin reallaşdırılması Cənub-Şərqi Avropanın təbii qaz bazarına böyük dəyişikliklər gətirəcək
19.11.2019
“Dövlət katibi Mayk Pompeo ABŞ-dakı acların dərdini çəksin“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 “Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info