Avstriyanın “Gehört” jurnalında Azərbaycan musiqisinə həsr olunmuş məqalə
Tarix: 15.01.2014 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Avstriyanın ən geniş dinləyici auditoriyasına malik Ö1 radiosunun aylıq nəşri olan “Gehört” (“Dinlənildi”) jurnalının yanvar buraxılışında Azərbaycan musiqisinə həsr olunmuş “Odlar Yurdu, musiqi diyarı” sərlövhəli məqalə dərc edilib.
Radionun moderatoru, musiqi proqramlarının aparıcısı Nadya Kayali tərəfindən qələmə alınmış məqalədə Azərbaycanın musiqi dünyası, musiqi tarixi və musiqi janrlarından söhbət açılır. Azərbaycan musiqisinin özülündə muğamın durduğunu qeyd edən N.Kayali bu janrın klassik musiqiyə də ciddi təsir göstərdiyini, dahi bəstəkar Üzeyir Hacıbəylinin bu janrdan ilhamlanaraq Şərqin ilk operası olan “Leyli və Məcnun“u bəstələdiyini diqqətə çatdırıb. Tonallıq və improvizasiya cəhətdən muğamla ortaq nöqtələrə malik olan caz janrının sintezindən törəyən muğam-cazın da Azərbaycanda geniş yayıldığı vurğulanıb.
Müəllif, həmçinin xalq mahnıları və aşıq musiqisindən bəhs edib, “Kitabi-Dədə Qorqud” dastanı qələmə alındığı dövrlərdən bəri qopuz-saz sənətinin xalq tərəfindən yaşadıldığını xüsusi vurğulayıb.
Məqalənin sonunda Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın muğam musiqisini tanıdan konsert barədə ətraflı məlumat öz əksini tapıb.
Jurnalda, həmçinin yanvarın 31-də Ö1 radio kanalında Azərbaycan musiqisinə həsr olunmuş üç saatlıq verilişin anonsu yerləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
22.11.2020
Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
20.11.2020
“İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
18.11.2020
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
18.11.2020
“Türkvizyon“ gələn il Şuşada keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info