Qloballaşan dünyanın qlobal problemi: istehlak
Tarix: 15.01.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


|

Qafqaz Universiteti
İqtisadiyyat və idarəetmə fakültəsi dekanı


Gün keçdikcə qloballaşma terminini daha çox istifadə edirik. Həyatımızın hardasa hər sahəsində bu ifadəylə qarşılaşırıq. İlk zamanlar bir az anlaşılmaz ifadə olsa da, bu, kütləvi informasiya vasitələrinin bundan çox istifadə etməsiylə yayğınlaşan, ədəbi dilimizə daxil olan və vazkeçilməz ifadələrdən oldu. "Qloballaşma dünyanı balaca bir kənd halına gətirdi" ifadəsi də bunun təzahürüdür.
Qloballaşma siyasi və iqtisadi fəaliyyətlərin texnologiya sahəsində meydana gələn dəyişmələrlə 1980-ci illərdən sonra daha çox üzərində durulan bir ifadə olub. Qloballaşma prosesi beynəlxalq ticarətin genişlənməsi, əmək və kapital hərəkətlərinin artması, ölkələr arasında ideoloji qütbləşmələrin sona çatması, texnologiyadakı sürətli inkişaf kimi amillərin nəticəsində ölkələrin iqtisadi və siyasi cəhətdən bir-birilərinə yaxınlaşması şəklində ifadə oluna bilər.
Qloballaşmanın ölkələrə qazandırdığı bir çox faydalı tərəfləri olduğu kimi, bir çox qlobal problemləri də öz arxasınca gətirməyə başladı. Bir tərəfdən sürətlə inkişaf edən ölkələr, yüksək texnologiya məhsulları, yeni sosial imkanlar və sair, digər tərəfdə isə qloballaşmayla istismar edilən və yoxsulluqla mücadilə edən ölkələr. İnkişaf edən ölkələr bu prosesdən daha çox yararlanaraq iqtisadi cəhətdən böyüməyə doğru getdilər, digər ölkələrin isə bu fürsətdən çox istifadə etmə imkanları olmadı.
Qloballaşma yeni dünya düzənində hər şeyə təsir etdiyi kimi, insan davranışlarına da təsiri inkaredilməz oldu. İnsan davranışlarını bir çox yöndən analiz edə bilərik. Hətta bunlardan sadəcə birini ələ aldığımız zaman belə, ona bir çox amil təsir edə bilər. Bu amillərdən sadəcə birinə bir az açıqlıq gətirək. Satınalma prosesi dediyimiz istehlak, qloballaşma amilindən nə dərəcədə təsirlənir. İstehlaka təsir göstərən ən başlıca amil əlbəttə ki, fərdin gəlir səviyyəsidir. Hər bir fərd gəlir səviyyəsinə görə müəyyən bir mal və xidmətləri satın alıb, ehtiyaclarını qarşılamağa çalışır. Fərdin gəlir səviyyəsiylə birlikdə satın alınan əmtəələrin qiymətləri də əhəmiyyətlidir. Bunun yanında əlbəttə, başqa amillərdən də danışa bilərik. Üzərində daha çox durmaq istədiyimiz yeni amil olaraq qloballaşmanın fərdlərin istehlak davranışlarına nə qədər və necə təsiri etməsidir.
Yeni dünya düzənində maksimum mənfəət əldə etmə prinsipi istehsalın artım tempini davamlı artırmaqdadır. Qloballaşan dünyanın istehsal tempinin davam etməsi üçün, bitməyən və hər zaman davam edən bir istehlak səviyyəsinə ehtiyac var. İstehsaldakı artımın davam etməsi üçün onu dəstəkləyən bir istehlakın olması zərurət olub. İnsanlar istehlak davranışlarını necə tənzimləməlidirlər? Bir çox mal və xidmət satın alanda: məs., restorana girəndə istehlakın maksimum faydasını eldə etmək üçün son həddin faydalılığını düşünməlimi, yoxsa masadan doymadan qalxmaqmı?
İstehlak həddi həqiqətən qeyri-məhduddurmu? Yoxsa qloballaşmayla birlikdə yeni dünya düzəni bunun bu şəkildə olmasınımı istəyir? İnsanlar əllərində nə qədər imkanı varsa, bunu istehlaka xərcləməlidirlərmi? Bu gün maddi imkanları yetərli deyilsə, sabah qazanacaqları gəlirləri də düşünərək bu gün borclanaraq daha çox istehlak etməlidirlərmi? Yoxsa bunlar qloballaşmayla birlikdə bizim yeni istehlak ehtiyac və davranışlarımızın formalaşdırılmasıdır? Kütləvi informasiya vasitələriylə, xüsüsən reklamlarla ehtiyacımız olmayan əmtəələri də ehtiyac formasına gətirərək istehlak üçün yaşayan bir cəmiyyət olmağa doğru gedirikmi? Bunların hamısı qloballaşmayla birlikdə bizi yenidən düşünməyə və yenidən araşdırmaya yönləndirən amillərdir.
Qloballaşmayla gələn yeni imkanlardan yararlanaraq iqtisadi inkişafı sürətləndirmək əhəmiyyətlidir. Yeni texnoloji imkanlardan istifadə edərək zamana qənaət etmək faydalıdır. Qloballaşan dünyada milli adət-ənənələrimizə bağlı qalaraq irəli addımlamaq vazkeçilməzdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info