Yaradıcı gənclərlə görüş keçirilib
Tarix: 15.01.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşə gənc dramaturqlar, rejissorlar, teatrşünaslar, teatr rəssamları, bəstəkarlar, ümumilikdə, teatr ətrafında cəmləşənlər, yeni nəfəs, yeni düşüncə, fərqli baxışı olan istedadlı gənclər dəvət olunublar. Tədbirdə, həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət, elm və təhsil, nəşriyyat, reklamın təşkili və informasiya şöbələrinin, müvafiq sektorların müdirləri, teatrşünas alimlər - professorlar İlham Rəhimli, Məryəm Əlizadə, yazıçı-dramaturq Əli Əmirli, eləcə də Dövlət Musiqili, Gənc Tamaşaçılar, Rus Dram, Kukla, Yuğ, Pantomima teatrlarının direktor və rejissorları iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev giriş sözündə tədbirin məqsədini açıqlayaraq bildirib ki, bu görüşdə son illərdə mədəniyyətin müxtəlif sahələrində yaradıcı gənclərin uğurlarını qeyd etməklə bir daha görülən işlərə nəzər salmaq istəyirik.
Maraqlı müzakirələr şəraitində keçən görüşdə istedadlı gənclərin potensialının üzə çıxarılması üçün yaradılan münbit şəraitdən söz açılmış, yaradıcı gənclərin fəaliyyət istiqamətləri, uğurlu nəticələri sadalanıb.
Nazirliyin kreativ gənclərlə işə daim xüsusi diqqət yetirdiyini vurğulayan Ədalət Vəliyev respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifələrinə gənclərin təyin olunduğunu, istedadlı teatr mütəxəssislərinin xarici ölkələrə ixtisasartırma kurslarına göndərildiyini, bu işin davamlı olacağını söyləyib.
Mədəniyyət və Turizm Nazirliyinin teatrla bağlı təsis etdiyi rüblük jurnalın çapa hazırlandığını və onun ilk nömrəsinin mart ayında - Milli Teatr Günü ərəfəsində işıq üzü görəcəyini diqqətə çatdıran Ədalət Vəliyev gənc teatrşünasları bu nəşrlə əməkdaşlığa, teatr tənqidi ilə bağlı canlı, dolğun və peşəkar yazılar hazırlamağa çağırıb.
Qeyd olunub ki, hər il 100 nəfər istedadlı gəncə Prezidentin aylıq təqaüdləri verilir. İstedadlı, sənətə, onun inkişafına xidmət edən insanların, o cümlədən yaradıcı gənclərin fəaliyyəti dövlətin daim diqqət mərkəzindədir.
Görüş iştirakçıları məsələ ilə bağlı maraqlı məqamlara toxunaraq gəncləri mədəniyyət, teatr, yaradıcılıq sahəsinə maraq göstərməyə səsləmiş, onlara müəyyən istiqamətlər, məsləhətlər veriblər. Teatrlarda 20-yə yaxın quruluşçu rəssam vakansiyasının olduğu və istedadlı, peşəkar gənclərə böyük ehtiyac duyulduğu qeyd edilib. Gənc dramaturqların yetişməsi, xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün Mədəniyyət və Turizm Nazirliyi səviyyəsində şəraitin yaradılacağı bildirilib.
Görüşdə gənc teatr rəssamları və musiqiçilərin təklifləri dinlənilib, müəyyən məqamlara aydınlıq gətirilib, müzakirələr aparılıb.
Sonda teatrşünasların yay məktəbi formatlı tədbirlərin, birgə müzakirə və seminarların təşkili təşəbbüsünü irəli sürən Ədalət Vəliyev bu işin qeyd olunan məsələyə marağın artırılması, yaradıcı gənclərin ünsiyyəti baxımından gərəkli olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info