Lavandanın sirləri
Tarix: 15.01.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Qədim zamanlarda lavanda bitkisi həm ticari, mədəni, həm də dini əhəmiyyət daşıyırdı. Dərman lavandası çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Bitkinin başqa adları da var: rəngli ot, levanda, lavenda və s. Botaniklərin bildirdiyinə görə lavandaya təbii halda Ön Hindistana kimi olan ərazilərdə rast gəlinir.
Bütün ölkələrdə lavanda bitkisi iki məqsədlə yetişdirilir: bir ədviyyat kimi, bir də efir yağlarının alınması üçün. Lavanda bitkisindən ildə ən çox efir yağı alan ölkə Fransadır (ildə 60-70 ton). Lavandanın efir yağının əsas komponenti linalool və onun sirkə efiri olan linalilasetatdır.
Lavandanın çiçəklərinin dəmləməsi sakitləşdirici, ağrıkəsici, iştahaartırıcı, təzyiqsalıcı, ödqovucu təsirlərə malikdir. Revmatizm xəstəliyinin kəskin tutmaları, taxikardiya və miqren tutmaları zamanı lavandanın yağı spirtdə həll edilərək daxilə qəbul edilir. Lavanda qrip vaxtı da yaxşı effekt göstərir. Lavanda oyanıqlığı azaldır, yuxusuzluğun, ağlağanlığın, isterik reaksiyaların qarşısını alır. İstənilən növ dəriyə müsbət təsir göstərir. Yanıqlardan sonra regenerasiyanı stimullaşdırır. Qaraciyərin və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır. Ürəyin qanla qidalanmasını artırır, arterial təzyiqi nizama salır. Orqanizmin infeksion amillərə qarşı müqavimətini artırır. İltihab əleyhinə təsirinə görə sistit, uretrit və vaginitlərin müalicəsində istifadə edilir. Orqanizmdən şlakları xaric edir.
Lavanta bitkisi saç tökülməsinə də çox effektli təsir göstərir. Belə ki, yarım ovuc lavanda bitkisini isti suya töküb biraz gözlədikdən sonra onun sarımtıl suyu süzülür. Saçları yuyub qurtardıqdan sonra axırda lavanda suyuyla durulamaq lazımdır. Həmin zaman saçlar bərkiyəcək, bu da o deməkdir ki, əgər müntəzəm olaraq saçları bu qaydada yuyulsa, tökülməsi də azalacaq.

Fuad






 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
22.11.2020
Bu içki koronavirusa qarşı təsirlidir
20.11.2020
Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik - Baş infeksionist
19.11.2020
Siqaret çəkənlərin “Covid-19“ infeksiyasından müalicə prosesi daha çətin keçir
17.11.2020
DGK-nin Tibbi Xidmət İdarəsi müsabiqəsinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info