AMEA-nın institutlarında “Wikipedia” üzrə xüsusi qruplar yaradılacaq
Tarix: 15.01.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “Wikipedia” ensiklopediyasında Azərbaycan həqiqətlərinin qorunması və inkişafında alimlərin vəzifələri məsələsi müzakirə edilib. İclasda AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, ölkəyə qarşı aparılan informasiya müharibəsinə qarşı çevik və effektli adekvat tədbirlərin görülməsi, tarixi həqiqətlər nailiyyətlər və görkəmli şəxsiyyətlərlə bağlı dolğun məlumatların yerləşdirilməsinin həlli vacib olan məsələlərdəndir. Onun sözlərinə görə, xalqın milli-mədəni dəyərləri, tarixi həqiqətləri, görkəmli şəxsiyyətləri haqqında düzgün məlumatlar bu virtual ensiklopediyada yetərincə yerləşdirilməyib: “Belə bir vəziyyət alimlərin bu layihəyə cəlb olunmasına, Azərbaycan haqqında obyektiv, operativ və dolğun informasiyanın daxil edilməsinə ehtiyac yaradıb. Azərbaycan Prezident Administrasiyasından Rəyasət Heyətinə ünvanlanmış 17 dekabr 2013-cü il tarixli məktubda “Wikipedia” virtual ensiklopediyasının dünyadakı populyarlığı, əhəmiyyəti vurğulanır, Azərbaycanın dünyada daha geniş tanıdılması, düzgün təbliği istiqamətində bu resursun geniş potensial imkanlara malik olduğu göstərilir. Bununla belə, məktubda qeyd olunur ki, Azərbaycan “Wikipedia”da lazımi səviyyədə lazımi səviyyədə təmsil olunmur, bu resursda ölkəmizlə bağlı reallığa uyğun elmi məlumatlar yetərli deyil. Məktubda AMEA-nın müvafiq institutlarında “Wikipedia” üzrə xüsusi qrupların yaradılmasının zəruriliyi ifadə olunur, bu qrupların fəaliyyət istiqamətləri müəyyən edilir. Göstərilən istiqamətdə işlərin nəticələri ilə bağlı iki ay müddətində Prezident Administrasiyasına məlumat vermək xahiş olunur”. İclasda qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirak etsinlər. Qərara əsasən, elmi-tədqiqat müəssisələrində daimi fəaliyyət göstərən viki-qruplar təşkil olunacaq, əhalinin viki-mühitdə gedən proseslər barədə məlumatlı olması üçün tədbirlər görüləcək, elmi müəssisə və təşkilat əməkdaşlarının “Wikipedia” layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri olan biliklərə dair təlim kursları təşkil olunacaq. Qərarda vikimetrik araşdırmalara, mövcud problemlərin həllinə diqqəti artırmaq, elmi konfrans və seminarlar təşkil etmək, viki-mühitdə Azərbaycanla bağlı kontentin vəziyyətinə dair fasiləsiz və operativ monitorinqlər keçirmək də tapşırılır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info