AMEA Latviya Elmlər Akademiyası ilə memorandum imzaladı
Tarix: 16.01.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Latviya Elmlər Akademiyasının (LEA) prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan və Latviya respublikaları arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur: "Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir".
O.Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarının diqqətinə çatdırıb.
Təkliflərin müzakirəsindən sonra A.Əlizadə qeyd edib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdır.
Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layi¬hə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirilə bilər.
Görüşün sonunda "Latviya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında" Memorandum imzalanıb.
Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info