Tibb Universitetində 20 Yanvar hadisələrinə həsr olunmuş toplantı
Tarix: 16.01.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının konfrans zalında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATU rektoru Əhliman Əmiraslanov qanlı Yanvar faciəsinin ömürlük Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunduğunu bildirib: “Ölkəmizin azadlığı, Azərbaycanın müstəqilliyi uğrunda küçələrə çıxmış insanlara qarşı dəhşətli vəhşiliklər törədildi. ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin günlərdə Azadlıq mücadiləsinə qalxmış xalqın iradəsini qırıb imperiyanı saxlamaq istəyirdilər. Amma xalqın iradəsi, mərdliyi sayəsində bu planlarını reallaşdırmaq mümkün olmadı”.
Rektor bildirdi ki, həmin vaxt artıq siyasi rəhbərlikdən kənarlaşan Heydər Əliyevin səyləri nəticəsində bu faciənin səbəbləri haqqında həqiqi informasiyalar bütün dünyaya çatdırıldı: “Məhz ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinin hüquqi və ictimai-siyasi qiymət verilməsi mümkün oldu”.
Tədbirdə çıxış edən ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev 20 Yanvar faciəsi ərəfəsində ölkənin siyasi və ictimai həyatında baş verən hadisələri xatırlatdı. Onun sözlərinə görə, həmin dövrdə ölkə rəhbərliyi xalqın istəyinə məhəl qoymadan, hələ də SSRİ rəhbərliyinin əmrlərini yerinə yetirirdi: “Bu da faciəyə gətirib çıxartdı. O insanlar nəyə nail oldular? İnsanlar arasında qorxunu öldürdülər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar”. Milli ruhu qırmaq olmaz.
Anım tədbirində daha sonra Tədris-Cərrahiyyə Klinikasının direktoru, dosent Hacıqulu Bağırov, Ümumi Cərrahiyyə kafedrasının professoru Cabbar Hacıyev çıxış edərək 20 Yanvar hadisələrinə ekskurs ediblər. Sonda ATU-nun II müalicə-profilaktika fakültəsinin ikinci kurs tələbəsi Xatun Məmmədova qanlı Yanvar olayları ilə bağlı mühazirə ilə çıxış edib. Toplantı iştirakçıları ölkə müstəqilliyi uğrunda şəhid olanların xatirəsini yad ediblər.
Qeyd edək ki, 1990-cı ilin yanvarında sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 100-dən çox mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info