Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə layihəsi reallaşıb
Tarix: 17.01.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təntənəli təməlqoyma mərasimi keçirilib.
Bu xeyriyyə layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.
Xatırladaq ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Hazırda bu mərkəz uşaq evi, uşaq bağçası və ibtidai məktəbdən ibarətdir. Müəssisə açılandan bəri uşaqlar burada xüsusi təhsil almaqla yanaşı, müxtəlif reabilitasiya proqramları və hərəkət imkanlarının, fərdi qabiliyyətlərinin artırılmasına yönəlmiş təmrinlər vasitəsilə müalicə olunur, habelə peşə vərdişlərinə yiyələnirlər. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.
Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək Mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. Tikinti başa çatdırılandan sonra həmin korpus mövcud binalar kompleksi ilə birləşdiriləcək. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetr olacaq. Layihəyə əsasən, binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift nəzərdə tutulub.
Təntənəli mərasimdən əvvəl Mərkəzin binasında Macarıstanın baş naziri aparatının xarici siyasət və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto və Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevin görüşü olub. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və mərkəzin rahibəsi Anna Fexer də iştirak ediblər.
Tədbirin təntənəli hissəsində yuxarıda adları çəkilən şəxslər çıxış ediblər.
Çıxış edənlər Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini və iki dost xalq arasında münasibətlərin ümumi səviyyəsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra qonaqlar mərkəzin ərazisinə keçiblər. Keşiş Jolt Sereç yeni binanın tikiləcəyi yerə təntənəli şəraitdə müqəddəs su çiləmi, binanın təməli qoyulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info