ATİ-də “20 Yanvar-24” adlı dəyirmi masa keçirilib
Tarix: 17.01.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda xalqımızın müstəqillik tarixində qızıl hərflərlə əbədiləşən 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, yanvarın 19-dan 20-sinə keçən gecəni öz qanları ilə şanlı tarixə çevirən müqəddəs vətən övladlarını unutmağa – unutdurmağa haqqımız yoxdur. Rektor XX əsrin 90-cı illərini imperiyanın çöküşü, 60-cı illərdə dünyada müstəmləkəçilik zəncirinin qırıldığını detallı faktlarla isbatladı. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecəni 72 il əvvəl -1918-ci il mayın 28-də Azərbaycanı coğrafi deyil, siyasi məkan kimi dünyaya tanıdan böyük şəxsiyyətlərin haqq işinin yenidən başlanğıcı olduğunu bildirdi. O gecə məhz müstəqil Azərbaycan dövlətini qurub-yaratmaq arzusunun gerçəkləşdiyini diqqətə çatdırdı. Azərbaycanın müstəqil dövlət olaraq ərazi bütövlüyünü bərpa edib saxlamaq naminə onlarla vətən övladının yanvar gecəsini qanları ilə yazdıqlarını xüsusi vurğuladı. Yanvar şəhidləri o gecə işğala yox deyib, azadlıq, müstəqillik istəyini qanları ilə pöhrələndirdilər. Statistik rəqəmlərə görə 24 il əvvəl şəhid vətən övladlarının sayı təxminən 132 nəfərdi. Amma o gecə əslində bütün Azərbaycan şəhid idi. C.Cəfərov dəyirmi masa iştirakçıları olan tələbələrə bildirdi ki, “sizlər o gecənin şahidi deyilsiniz, hətta bir çoxunuz 90-cı ildən sonra doğulmusunuz. İnstitutun ATİ Mediasında həftə boyu yayımlanan video çarxda o günlərin dəhşətini, xalqımızın öz şəhidlərinə sonsuz ehtiramını, sevgisini izləyə bilirsiniz. Onların ön böyük günahı bilirsiniz nə idi? Cavab isə belədir: günahsızlıqları, Vətəni canlarından çox sevdikləri...”
“Qara Yanvar – 24” adlı dəyirmi masada ATİ-nin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfiqarlı, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Vidadi Rzayev, Sahib Səfiyev öz çıxışlarında 20 Yanvar faciəsinə gedən yol, eyni zamanda bu faciəyə hüquqi və siyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd etdilər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Dillər Universiteti “Mənim Çinim“ adlı onlayn-foto sərgi keçirir
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info