Doğu Akdeniz Universitetində tələbələrimizə yüksək güzəştlər veriləcək
Tarix: 17.01.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Kuzey Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Beynəlxalq əlaqələr departamentinin türk dünyası üzrə müşaviri və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, universitetin Müasir təhsil texnologiyaları və təhsilin idarə edilməsi kafedrasının müdiri Ersun İşçioğlu və universitetin Dövlət idarəçiliyi bölməsinin professoru Deniz İşçioğlu mətbuat konfransı keçirdilər. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Doğu Akdeniz Universitetinin çox böyük təhsil potensialının olduğunu qeyd edərək universitetdə müasir təhsil sisteminin yaradıldığını deyib: “Hazırda Doğu Akdeniz Universitetində 86 ölkədən 16 mindən çox tələbə təhsil alır. 1979-cu ildə qurulan universitet hazırda Avropanın 500 ən yaxşı universiteti arasında yer alır. Azərbaycandan 1200 tələbə universitetdə təhsil alır və onlar ümumi təhsil haqqının 50 faizindən azaddırlar. Eyni zamanda Azərbaycanda qəbul imtahanında 550-dən artıq bal toplayan gənclərimiz DAU-da təhsil haqqından azad olunur, yer və yaşamla təmin olunur, təqaüd alır. Bununla yanaşı 10-dan çox azərbaycanlı professor və müəllim heyəti də Doğu Akdeniz Universitetində çalışır. Qarşıdan gələn illərdə də digər ölkələr kimi Azərbaycandan gələn tələbələrə müəyyən güzəştli təhsil imkanları yaradılacaq”.
Universitetin yataqxana problemi ilə bağlı sualı cavablandıran Orxan Həsənoğlu hazırda təhsil ocağının 6 min yerlik yataqxanasının olduğunu, 1 yeni yataqxananın yaxın müddətə istifadəyə veriləcəyini bildirdi: “Universitetdə yeni bir yataqxana yaxın zamanlarda istifadəyə veriləcək. 2 yataqxananın isə tikintisi davam edir. Yataqxanalar mövzusunda bir neçə proqram hazırlanıb və bunların tətbiqi ilə universitet tələbələrinin yataqxana problemi tezliklə həllini tapacaq”.
Doğu Akdeniz Universitetinin Dövlət idarəçiliyi bölməsinin professor Deniz İşçioğlu universitetdə azərbaycanlı tələbələrin hər il daha da artdığını söyləyərək digər ölkələr kimi Azərbaycandan olan tələbələrin də universitet üçün böyük önəm daşıdığını ifadə edib. D.İşçioğlu Kiprin bir təhsil adası olduğunu, bu ölkəyə xaricdən gələn tələbələrin təhlükəsizliklərinin tam təmin olunduğunu ifadə edib: “Tələbələrimiz DAU tərəfindən daimi nəzarətdə saxlanılır. Azərbaycanlı valideynlər tam arxayın olmalıdırlar. Onlar övladlarının necə təhsil almalarını, dərsə davamiyyətlərini, dərslərdə iştirak edib-etməmələrini Kiprə gəlmədən, internet vasitəsi ilə öyrənə bilərlər. Bunun üçün sadəcə olaraq DAU-nun internet saytına girmələri kifayətdir.”
Distant təhsil sistemi barədə məlumat verən Doğu Akdeniz Universitetinin Müasir təhsil texnologiyaları və təhsilin idarə edilməsi kafedrasının müdiri Ersun İşçioğlu təhsil ocağının müasir səviyyədə distant təhsil imkanları verdiyini ifadə edərək universitetin müasir istirahət mərkəzləri və bir sıra sosial qruplarının olduğunu bildirdi: “3500 hektar ərazini əhatə edən universitet ən müasir texnologiyalarla təchiz edilib. Universitetdə kitabxana, idman kompleksi, bir sıra sosial obyektlər fəaliyyət göstərir və bunların hər biri tələbələrin yüksək təhsil alması üçün təşkil edilib”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info