20 Yanvar - milli şərəf və qürur günü
Tarix: 17.01.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetitndə 20 Yanvar -- Şəhidlər Günü kitab və rəsm sərgiləri, digər ənənəvi silsilə tədbirlərlə qeyd olunur. Bu münasibətlə təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin ruhu dərin ehtiramla yad edildi. Mərasimi giriş sözü ilə açan rektor, professor Saleh Məhərrəmov 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu bildirdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu faciəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılmasında mühüm xidmətləri olmuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “20 Yanvar faciəsinin tarixi, sosial-siyasi kökləri və ibrət dərsləri”, Hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov “20 Yanvar hadisələri beynəlxalq hüquq prizmasında”, Tələbə Elmi Cəmiyyətinin sədri, hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ramazan Abdullayev “Qəhrəmanlıq tariximizin 20 Yanvar” səhifəsi” mövzusunda məruzə etdilər.
Məruzələrdə qeyd olundu ki, bu faciə XX əsrin sonlarında dünyada baş verən siyasi proseslər, işğalçı sovet imperiyasının son özünüxilas cəhdləri, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları Azərbaycan xalqını müstəqillik uğrunda mücadiləyə qaldırmışdı. Milli azadlıq hərəkatını boğmaq üçün o zamankı xəyanətkar iqtidarın dəstəyi ilə keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan xüsusi təyinatlı ordusu Bakıda növbəti soyqırım aktı törətmiş, 20 mindən artıq hərbçinin, güclü hərbi texnikanın iştirakı ilə dinc, günahsız insanlar, qadın və uşaqlar, qocalar kütləvi şəkildə qırılmış, eyni zamanda Naxçıvan erməni işğalına məruz qalmışdır. Təəssüf ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz beynəlxalq müstəvidə hələ də bəşəriyyət əleyhinə cinayət kimi yetərincə qiymətləndirilmir. Bu faciəni Azərbaycan tarixinə milli əsarətə, qətliaama qarşı mübarizə günü kimi yazan qəhrəman səhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Azərbaycanın Milli Qəhrəmanıı, Qarabağ müharibəsi şəhidi Səyavuş Həsənovun qardaşı Məhəmməd Həsənov şəhid ailələri adından çıxış edərək şəhidlərə daim diqqət və ehtiram göstərən dövlət başçısına və xalqımıza minnətdarlığını bildirdi, gənc nəslə tövsiyələrini çatdıraraq milli müstəqiliyimizin rəmzi olan dövlət bayrağını hədiyyə etdi.
Tədbirdə slayd və fotosərgi, qısametrajlı sənədli film nümayiş etdirildi, şeirlər bədii qiraət olundu.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info