20 Yanvar qəhrəmanlıq səhifəsi kimi anıldı
Tarix: 17.01.2014 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Bu gün Atatürk Mərkəzidə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş "20 Yanvar-Türk tarixinin qəhrəmanlıq səhifəsi" adlı dəyirmi masa keçirib. SİA-nın verdiyi məlumata görə, dəyirmi masada şəhidlərimizin ruhu yad edildikdən sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov 20 yanvarın Türk tarixində qəhramanlıq səhifəsi olaraq anılmasının təsadüf olmadığını, bu günün yeniyetmə və gənclərmizə ibrət olacaq əsil vətənpərvərlik örnəyi olduğunu bildirib.
TUMİB sədri qeyd edib ki, 20 Yanvarda şəhid olmuş bacı və qardaşlarımız müstəqilliyimizin ilk şəhidləridir və 20 Yanvar şəhidlərimizi bu gün dünyada yaşayan 60 milyona yaxın azərbaycanlı yox, eyni zamanda dünyada yaşayan 300 milyonluq Türk milləti yad edir.
Dəyirmi masada Jurnalist Araştırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə, Milli Düşüncə Mərkəzinin sədri, tarixçi alim Əkbər Nəcəf, "Xalq qəzeti"nin əməkdaşı Rauf Kəngərli, TUMİB–in üzvü Vəkil Piriyev, Ankara Haccettepe Universitetinin məzunu Lalə Muradzadə, şairə Nigar Duyğu, tələbələrdən Təhminə Seyidzadə, Elnur Camalov, Sərxan Rəhimli, Cövhər Feyzullayev çıxışlarında qeyd ediblər ki, 1990–cı ilin yanvarından artıq 24 il keçir və o qanlı yanvarı xatırladaraq o dövürdə xalq böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da dərk etdi. 20 Yanvar günü xalqın səsinə hər kəsdən əvvəl səs verən Ulu öndərimiz Heydər Əliyev oldu. Belə ki, Heydər Əliyev Moskvada nəzarət altında ola-ola özünü və ailə üzvlərini təhlükə altında qoyaraq, hadisələrdən 1990–cı il yanvarın 21-də oğlu, siladaşı o, çətin gündə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi. Bu məsələ ilə bağlı öz etirazını bildirdi.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info