Fin mətbuatı: “Soçi - dünya gözləyir və hazırlaşır”
Tarix: 17.01.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Finlandiyanın aparıcı qəzetlərindən olan YLE-də TNS Gallup kompaniyası ölkə əhalisi arasında “Hansı mənbənin xəbərlərini etibarlı hesab edirsiniz?” deyə sorğu keçirib. Sorğuda iştirak edən ölkə əhalisinin əksər hissəsi YLE telekanalının və STT xəbər agentliyinin xəbərlərindən yararlandığını bildiriblər.
Finlandiya KİV-i Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı müxtəlif siyasi tədbirlər keçirmək üçün Xosta qəsəbəsi haqda məlumat yayıb. Rusiyanın baş nazir müavini Dmitri Kozakın sözlərinə istinad edən fin nəşrləri qeyd edirlər ki, olimpiadanın keçirildiyi dövrdə hər kəs digər vətəndaşların hüquqlarını və Olimpiya Nizamnaməsini pozmadan öz fikirlərini bu qəsəbədə azad ifadə edə bilərlər.
ABŞ Dövlət Departamentinin olimpiada zamanı terror təhdidləri təhlükələri haqqında vətəndaşlarını xəbərdar eməsinə toxunan Finlandiya mətbuatı yenidən Soçidə Olimpiya Oyunlarındakı təhlükəsizlik mövzusuna toxunub. Material müəllifləri ABŞ hökumətinin terrorla mübarizə üçün Rusiyaya yardım təklifi və Rusiyanın təhlükəsizlik tədbirlərini sürətləndirdiyni bildiriblər.
Bütün bunlara rəğmən, fin KİV-i baş nazir Jyrki Katainen yazılı şərhini yayıblar. YLE telekanalına müsahibə verən baş nazir bildirib ki, Olimpiya Oyunlarını boykot etməyə özünə imkan verə bilməz. Rusiya rəhbərliyi ilə görüşlərdə həmişə insan hüquqları və demokratiya məsələlərinə toxunan baş nazir deyib: "Niyə biz olimpiadaya getməyək? Bizim idmançılar bu yolu qət etmək üçün nə qədər uğurlara imza atıblar. Mən onlarla getmək və onlara dəstək olmaq istəyirəm. Bu, ilk növbədə idman bayramıdır”.
Qeyd edək ki, olimpiadanın açılış mərasimində öz iştirakını elan edən baş nazirdən fərqli olaraq, prezident Sauli Niinistё hələ də olimpiadaya gedib-getməyəcəyi haqda qəti qərar verməyib.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info