“The Washington Times”: “ABŞ hegemonluqda Çinə uduzur”
Tarix: 17.01.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Pekin və Moskva regionda Vaşinqtonun hegemonluğuna qarşı ciddi çağırışlar ortaya qoyurlar”

“Üç il əvvəl Pentaqon bəyan etdi ki, Avropaya daha az diqqət ayıraraq, əsas diqqəti Asiya, Sakit okean bölgəsinə yönəldəcək. Bu həftə Hərbi Dəniz Qüvvələrinin admiralı Semuel Loklir bəyan etdi ki, ABŞ-ın hegemonluğu Çinin kölgəsində qalaraq zəifləyib”.
Bu fikirlər “The Washington Times” nəşrində çap edilən məqalədə yer alıb. Qay Teylro və Rouen Skarboronun müəllifi olduğu məqalədə admiral Loklirə istinadən qeyd edilir ki, Birləşmiş Ştatların tarixi hegemonluğu zəifləməyə başlayıb: “Loklir uzunmüddətli perspektiv üçün Çinin ABŞ-ın əsas rəqibi ola biləcəyinin bəlli olmadığını deyib. Admiral Vaşinqtona məsləhət görüb ki, Çini təhlükəsizlik sahəsində əməkdaşlığa razı salsın. Amerikalı admiralın fikirləri bir məsələni gün işığına çıxarır ki, Pekin və Moskva regionda Vaşinqtonun hegemonluğuna qarşı ciddi çağırışlar ortaya qoyurlar.

2020-ci ildə ABŞ hərbi dəniz qüvvələrinin 60 faizi, o cümlədən 11 avidaşıyıcıdan 6-sı Sakit okeanda cəmləşəcək

“Heritage” Fondunun analitiki Din Çenq məsələyə bir qədər tənqidi yanaşıb: “Bu məsələdə bir problem var ki, admiral Loklirə görə Çin kimin təhlükəsizliyini təmin edəcək? Loklirin sözlərindən belə çıxır ki, ABŞ hansısa şəkildə Çinin maraqlarının məhdudlaşdırılmasına və öz maraqlarına uyğunlaşdırılmasına nail olmalıdır. Çin heç kimin təhlükəsizliyinin təmin olunmasına çalışmır, onlar ancaq öz təhlükəsizliklərinin təmin olunmasına çalışırlar”. Admiral Loklirin açıqlamaları Çində də rezonans doğurub. Çinin ingilisdilli “Global Times” nəşri yazır ki, Loklirin açıqlamaları Çinin nəhəng hərbi güc olduğunu göstərir. Ötən ilin noyabr ayında Çin Şərqi-Çin dənizində hava hücumundan müdafiə zonası yaratdığını elan edərək, həmin zonadan keçəcək xarici təyyarələrin yükləri və planları haqqında məlumat verməli olduqlarını bəyan etdi. Çin rəhbərliyi bununla da artan hərbi güclərini nümayiş etdirmiş oldular. Qəzet yazır ki, 2020-ci ildə ABŞ hərbi dəniz qüvvələrinin 60 faizi, o cümlədən 11 avidaşıyıcıdan 6-sı Sakit okeanda cəmləşəcək. Amerikalı tənqidçilər hesab edir ki, Vaşinqtonun bu planı vəziyyəti dəyişməyəcək. Ən azı ona görə ki, Amerika donanması azalmaqda, Çin donanması isə artmaqdadır. Ekspertlər hesab edir ki, ABŞ-ın çıxış yolu Çinin ətrafındakı kiçik dövlətləri dilə tutmaq və onlarla hərbi əməkdaşlığı genişləndirməkdir ki, Obama administrasiyası artıq bir müddətdir ki, bu siyasəti həyata keçirir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info