Almaniyadakı azərbaycanlı gənclər 20 Yanvar şəhidlərini anıblar
Tarix: 21.01.2014 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Dünən Almaniyada rəsmi fəaliyyət göstərən “Almaniya Azərbaycanlı Gənclər Birliyi” Nordhayn-Vestfallen Əyalətinin Bottrop şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Təşkilatdan qəzetimizə bildirilib ki, anım tədbirinin keçirilməsi Bottrop şəhərinin Bələdiyyə İdarəsi tərəfindən dəstəklənib və bu tədbirin keçirilməsi üçün şəhər mərkəzində xüsusi yer ayrılıb.
Tədbirin açılışından əvvəl Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aksiyaya dəvət olunmuş dövlət, siyasi və partiya xadimləri, diaspor nümayəndələri qarşısında çıxış edən “Almaniya Azərbaycanlı Gənclər Birliyi”nin sədri Elnur Rixter Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışıb. Qeyd edib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaq: “Dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək. Bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq”.
Daha sonra çıxış edən “Almaniya Azərbaycanlı Gənclər Birliyi”nin Bottrop şəhəri üzrə nümayəndəliyin rəhbəri Seylan Məmmədov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib. O, 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb.
Aksiya iştirakçılarına 20 Yanvar faciəsilə əlaqədar kitablar, videomateriallar təqdim edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info