Vyetnamda “Müstəqilliyə gedən yol” adlı anım tədbiri keçirilib
Tarix: 21.01.2014 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Azərbaycanın Vyetnamdakı səfirliyində qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yol” adlı anım tədbiri keçirilib.
Mərasimdə Vyetnam parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyətinin nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları və nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov çıxış edərək 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb.
Səfir 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi açdığını və milli kimliyin dərk olunmasında böyük önəm kəsb etdiyini diqqətə çatdırmış, milli azadlıq uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Səfir A.İmanov Sovet İttifaqının insanları qorxutmağa yönəlmiş cinayətkar hərəkətlərinin Azərbaycan xalqını yolundan döndərə bilmədiyini, əksinə xalqımızın azadlığa olan istəyini daha da artırdığını və Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlar sayəsində bir müddət sonra ölkəmizin öz müstəqilliyini bərpa etdiyini bildirib.
Diplomat bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etirazını bəyan etmiş, bir neçə il sonra isə həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilib.
Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxıblar.
Tədbir Vyetnam KİV-lərində işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
3 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
4 Turizm Agentliyi sahibkarlara müraciət edib
5 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info