İran Mərkəzi Bankında xüsusi hesab açılacaq
Tarix: 21.01.2014 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


İranın xarici banklarda dondurulmuş pullarının bir qismi fevralın 1-də sərbəst buraxılacaq. Bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.
Onun sözlərinə görə, həmin pulların köçürülməsi üçün İran Mərkəzi Bankında xüsusi bir hesab açılacaq. A.Əraqçı həmçinin deyib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla böyük ehtimalla Davos forumunda və ya Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşəcək. Nazir müavini Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtlə davamlı təmas halında olduğunu və fikir mübadiləsi apardığını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info