Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üzrə müsabiqə
Tarix: 22.01.2014 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir. Mövzular bunlardır: Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması; gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği; gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi; gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi; gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi; gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş; özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak; gənclərin hüquqi maarifləndirilməsində iştirak; ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması.
Qeyd edək ki, müsabiqə Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi əsasında gerçəkləşir.
Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsində (www.mys.gov.az) yerləşdirilib.
Layihələrin son qəbul tarixi 17 fevral 2014-cü ildir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Dillər Universiteti “Mənim Çinim“ adlı onlayn-foto sərgi keçirir
08.08.2020
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
08.08.2020
Operativ Qərargah karantin rejimində yumşalmalarla bağlı brifinq keçirir
07.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
07.08.2020
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info