“Lo Speaker”: “Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir”
Tarix: 22.01.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


İtaliyanın geniş oxucu kütləsinə malik “Lo Speaker” xəbər portalında ötən həftə Romada “Avrasiyanın inkişafı: layihələr, investisiyalar, imkanlar” mövzusunda təşkil edilmiş konfransla bağlı məqalə yerləşdirilib.
Yazıda Avrasiyanın inkişafında mühüm rol oynayan Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi ölkələrin son illərdə əldə etdikləri nailiyyətlər təhlil olunub.
Müəllif qeyd edir ki, Avrasiya geosiyasi məkanı beynəlxalq birlik üçün mühüm əhəmiyyət kəsb edir. Regionda yerləşən ölkələr, o cümlədən Azərbaycan xarici tərəfdaşları üçün böyük imkanlar və perspektivlər vəd edir. İtaliya ilə bu ölkələr arasında bir çox istiqamətlərdə, xüsusilə mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Məqalədə qeyd olunur ki, Azərbaycan təbii ehtiyatlarla zənginliyinə və coğrafi mövqeyinə görə mühüm əhəmiyyət kəsb edən ölkədir. Azərbaycanın geosiyasi əhəmiyyəti dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, xüsusilə ABŞ-Azərbaycan əlaqələri dinamik inkişaf edir. Azərbaycan müstəqil siyasət yürüdən güclü dövlətdir. Sürətlə inkişaf edən iqtisadiyyat, xarici investorları cəlb edən əlverişli mühit ölkə üçün xarakterik hal alıb.
Müəllif Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun konfransda səsləndirdiyi fikirlərə də yer verib: “Azərbaycan üçün neft və qaz sahəsində müxtəlif ölkələr ilə əməkdaşlıq əlaqələri qurmaq vacibdir. Lakin ölkəmizdə qeyri-neft sektorunun inkişafı da daim diqqət mərkəzindədir”.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info