DSMF sədri Qubada vətəndaşları qəbul edib
Tarix: 22.01.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev fondun Quba rayon şöbəsinin inzibati binasında bu rayonun, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirib.
“Açıq qapı” formatında keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri əsasən pensiyaların yenidən hesablanmasının hüquqi aspektləri, əmək stajının hesablanması kimi məsələləri əhatə edib. Müraciətlərin bir qismi isə pensiya növünün dəyişdirilməsi, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, fərdi şəxsi hesablarda qeydə alınan pensiya kapitalları, sosial sığorta və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər operativ qaydada araşdırılmış və onların bir qismi yerindəcə həll edilib. Bir sıra müraciətlərlə bağlı müvafiq şəhər və rayon şöbələrinin rəhbərlərinə, fondun digər vəzifəli şəxslərinə tapşırıqlar verilib. DSMF-in səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılması üçün qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info