“The Guardian”: “Snouden deyir ki, ABŞ-ı ifşa etməklə bağlı tək fəaliyyət göstərib”
Tarix: 22.01.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden indiyə qədər tək hərəkət etdiyini və hər hansı bir xarici kəşfiyyatın göstərişlərini yerinə yetirmədiyini bildirib. Bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat verir. Snouden qeyd edib ki, ABŞ dövlətinin sirlərini açmaqda öz iradəsilə hərəkət edib və bu barədə bəzi siyasətçilərin onu Rusiya ilə əlbir işlədiyini demələrini absurd adlandırıb. “The New Yorker” jurnalına bu barədə müsahibə verən keçmiş casus deyib ki, bu “Rusiya casusu” variantı sadəcə cəfəngiyyatdır: “Bu, hər hansı istinadgah ola bilməz ki, mən kiminsə göstərişi ilə hərəkət etmişəm. Çünki bu, tamamilə saxta ittihamdır. Amerikan xalqı amerikan siyasətçilərinin düşündüyündən daha ağıllıdır, ona görə də onlar da bunun doğru olmadığını bilirlər”.
Qeyd edilir ki, digər ABŞ təhlükəsizlik rəsmiləri də “Reuters”ə bildiriblər ki,ABŞ-ın Snoudenin bu məsələdə ona bələdçilik və ya kömək etmiş hər hansı müttəfiqinin, işbirliyi olan tərəfin olması barədə sübutları yoxdur. Onlar Snoudenin Milli Təhlükəsizlik Agentliyinin məxfi materiallarını ifşa etməkdə kiminləsə birgə hərəkət etdiyinə dair şahid və sübuta malik olmadıqlarını etiraf ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info